Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Söyün Sadıqov həbs edilib

12.02.19, 13:40
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rüstəm İbrahinbəyovun yaxın dostu dələduz çıxdı

Rusiya Federasiyasının Rostov şəhərindəki Azərbaycan diasporunun keçmiş rəhbəri, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü olmuş Söyün Sadıqov həbs edilib. Sadıqov bir iş adamının 100 milyon rubl (2.6 milyon manat) pulunu və bir hektar torpaq sahəsini ələ keçirməkdə günahlandırılır.
O, "mütəşəkkil qrup tərəfindən və ya böyük miqyasda (törədildikdə) dələduzluq" maddəsi ilə ittiham edilir. İstintaq hesab edir ki, Sadıqov öz cinayət ortaqları ilə "Nebuq" şirkətinin rəhbərini qanunsuz fəaliyyət göstərdiyi üçün hədələyərək, pul və torpaq tələb edib.
Bununla bağlı iş adamı polisə müraciət edib, sonra isə Sadıqova hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə 5 milyon rubl verib. Bundan sonra Söyün Sadıqov həbs edilib. Hazırda onu məhkəmə gözləyir.
Xatırladaq ki, Söyün Sadıqov “Milli Şura” layihəsinin həmmüəlliflərindən biri Rüstəm İbrahimbəyovun yaxın dostudur.

Bu xəbər oxundu
- - -