Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Suriya ilə bağlı Türkiyənin irəli sürdüyü şərtlər

15.02.19, 10:12
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Belçikanın paytaxtı Brüsseldə təşkil edilən NATO üzvlərinin müdafiə nazirləri toplantısı Suriyada yeni prosesin yol xəritəsi üçün dönüş nöqtəsi ola bilər. Toplantıda müzakirə edilən ən əhəmiyyətli məsələlərdən biri ABŞ-ın təklif etdiyi “təhlükəsiz bölgə” məsələsi olub.
ABŞ tərəfindən səsləndirilən təhlükəsiz bölgənin milli koalisiya qüvvələri tərəfindən qorunması təklifi mübahisələr doğurub. Hərbi mütəxəssislərə görə, Türkiyənin mövcud vəziyyətdə bu şərtləri qəbul etməsi çətindir. Lakin ABŞ Türkiyə hökumətinin şərtlərini qəbul edərsə, nəzarətçi məsələsi masaya güclü bir şəkildə gələ bilər. Lakin mütəxəssislər sözügedən koalisiyanın içində ABŞ-ın da olduğuna diqqət çəkib və koalisiyanın hazırkı hərəkət mərkəzinin Pentaqona aid “İncirlik” bazası olduğunu xatırladıb.
Türkiyənin irəli sürdüyü şərtlər isə belədir: hər şeydən əvvəl, ABŞ Türkiyəyə güvəniləcək işarələr verməlidir. Bölgədəki terror ünsürlərini daha cənuba çəkməlidir. Terrorçular türk ordusuna hansı şərtlərdə olursa-olsun, hücum etməyəcək. Hazırda müzakirə edilən konsitutsiya layihəsində Türkiyənin cənubunda qurulacaq bir terror bölgəsinə icazə verilməyəcəyi yer almalıdır.

Bu xəbər oxundu
- - -