Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Əbülfəs Qarayev Böyük Britaniyada

15.02.19, 12:55
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Mədəniyyət naziri Əbülfəs Qarayev Böyük Britaniyaya səfəri çərçivəsində bu ölkənin baş nazirinin ticarət elçisi xanım Baroness Nikolson ilə görüşüb. Nazirlikdən bildirilib ki, görüşdə Əbülfəs Qarayev Azərbaycanla Böyük Britaniya arasında mədəni əlaqələrdən söz açıb. Bildirib ki, iki ölkə arasında mədəni əlaqələr müstəqillik dövründə sürətlə inkişaf edib. Bu əlaqələrin inkişafında “British Council”in böyük rol oynadığıma diqqət çəkən nazir, təşkilat ilə imzalanmış niyyət sazişi barədə məlumat verib. Bildirib ki, bu sənəd iki ölkə arasında mədəni və yaradıcı sənayelərin inkişafı ilə bağlı təcrübə mübadiləsi, kitabxana, muzey və digər sahələrdə əməkdaşlığın inkişafına töhfə verəcək.
Görüşdə iştirak edən “British Council” in Azərbaycan nümayəndəliyinin rəhbəri Summer Xia mədəniyyət sahəsində əməkdaşlıq barədə məlumat verərək təşkilat ilə Mədəniyyət Nazirliyinin birgə fəaliyyəti nəticəsində bir sıra layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Baroness Nikolson öz növbəsində iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı məqsədilə bu sahədə dəstək göstərməyə hazır olduğunu, Azərbaycana səfərləri zamanı ölkənin mədəniyyətinə və tarixinə böyük maraq göstərdiyini, muzeyləri ziyarət etdiyini və Azərbaycan mədəniyyətinin onda dərin təəssürat yaratdığını qeyd edib. B.Nikolson, həmçinin yaxın zamanda Bakıya səfər edəcəyini və səfər çərçivəsində də bir sıra mədəni tədbirlərdə iştirak etməyi planlaşdırdığını diqqətə çatdırıb.
B. Nikolson bir sıra ölkələrdə onun şəxsi təşəbbüsü ilə mədəniyyət və musiqi sahələrində layihələrin həyata keçirildiyini, bu layihələrin bəzilərinin ölkəmizlə bağlı olacağını və Azərbaycan təcrübəsinin bu istiqamətdə ona kömək edə biləcəyini qeyd edib. Nazir, həmin layihələrin həyata keçirilməsinə dəstək göstərməyə hazır olduğunu söyləyib.

Bu xəbər oxundu
- - -