Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Qoşunların çıxarılması prosesi birdən-birə baş verməyəcək“

18.02.19, 9:20
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri bildirib ki, Birləşmiş Ştatların hərbi qüvvələrinin Suriyadan çıxarılması prosesi birdən-birə baş verməyəcək. Onun sözlərinə görə, rəsmi Vaşinqton müffəfiqlərinin onlarla “kifayət qədər məsləhət olunmadığını” fikirləşməsini istəmir.
“Amerikanın səsi” xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Birləşmiş Ştatların hərbi qüvvələrinin Suriyadan çıxarılması qərarı Amerikanın müttəfiqləri tərəfindən təəccüblə qarşılanıb. Qərar ABŞ-ın müdafiə nazirliyinin rəsmiləri arasında çaşqınlıq yaradıb və keçmiş müdafiə naziri Cim Mattisin istefası ilə nəticələnib. Münhen Təhlükəsizlik Konfransında danışan Ceyms Ceffri deyib ki, Tramp administrasiyası dekabr ayının ortalarından müttəfiqlərlə qüvvələrin “dərhal və sürətlə çıxarılmayacağı ilə bağlı davamlı şəkildə” danışıqlar aparıb.
ABŞ prezidenti Donald Tramp bu günlərdə Suriya ərazisinin yaxın zamanda “İslam dövləti” qrupundan 100 faiz təmizlənəcəyini bəyan edib. ABŞ-ın müdafiə və kəşfiyyat rəsmiləri Suriyada hələ də 1500-ə yaxın İŞİD ekstremistinin qaldığına inansa da, dəyərləndirmədə ehtiyatlıdırlar. Tənqidçilər bildirir ki, Suriyada ABŞ hərbi qüvvələrinin çıxarılmasından sonra yarana biləcək boşluqda İŞİD və Əl-Qaidə qüvvələri yenidən baş qaldıra bilər. Bu qüvvələrin müəyyən elementləri İraqda da qalır.
Suriyanın özündə isə ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri Bağuz kəndi ətrafında İŞİD-in son istehkamına hücumlar keçirir. Bir zamanlar Suriya və İraqda geniş ərazilərə nəzarət edən İslam Dövləti qrupu hazırda Suriyanın şərqindəki Bağuz kəndində bir kvadtat kilometrlik əraziyə sıxışdırılıb. Suriya və ya İraqda İŞİD-in nəzarət etdiyi ərazidə sonuncu istahkamın ələ keçirilməsi ekstremist qrupun elan etdiyi “xilafətin” sütuqu məqsədilə başladılmış dörd illik qlobal kampaniyanın sonu demək olacaq.

Bu xəbər oxundu
- - -