Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Erməni əsgər döyüldükdən sonra güllələnib

18.02.19, 9:53
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Paşinyanın tapşırığı ilə araşdırma aparılan “Mehrablar” adlı hərbi hissədə ard-arda baş verən ölüm halları ilə bağlı bəzi faktlar üzə çıxıb. Tavuş vilayətində yerləşən “Mehrablar” adlı hərbi hissədə Armavir əyalətindən olan iki əsgərin müəmmalı şəkildə ölümü Ermənistan Müdafiə Nazirliyi tərəfindən gizlədilir. Belə ki, 2016-cı ilin iyulun 3-də valideynlərinə “intihar etdiyi” bildirilən Arsen Mxitaryan adlı erməni əsgərin atası Artur Mxitaryan Ermənistan KİV-lərinə müsahibəsində oğlunun sevdiyi qız səbəbindən intihar etmədiyini, hərbi hissədə döyülərək öldürüldüyünü bildirib.
A.Mxitaryan bildirib ki, xidmət etdiyi hərbi hissənin komandirləri evdən pul istəməsi üçün dəfələrlə oğluna təzyiq ediblər. O, komandir heyətinin bizneslə məşğul olduğunu, tabor komandirlərinin zamanla dəyişməsinə baxmayaraq, hərbi hissənin nizamnamə tələbləri ilə deyil, “türmə qanunları” ilə idarə edildiyini qeyd edib. Hazırda onun təkidi və şikayəti ilə işin Milli Təhlükəsizlik Xidmətində araşdırıldığı bildirilsə də, bu günə qədər heç kim dindirilməyib.
A.Mxitaryan iki ay bundan əvvəl oğlunun işi ilə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdüyünü, lakin bu müddət ərzində də heç bir irəliləyişin olmadığını deyib: “Əgər Ermənistan hökuməti istəsəydi, bu ölüm hallarının qarşısı alınardı. Hansı ixtiyarla əsgərin ölüm hadisəsindən dərhal sonra tabor komandirini yüksək vəzifəyə təyin edirlər?”
A.Mxitaryan oğlunun ölüm hadisəsindən sonra onun xidmət etdiyi hərbi hissəsində baş verən hadisələrə xüsusi diqqət yetirdiyini bildirib. O, yerlisi Torosyan Levonın “Mehrablar” hərbi hissəsində xidmət etdiyini və onun da təzyiqlə üzləşdiyini eşitdikdən sonra uşağın valideynlərini ehtiyatlı olmağa çağırıb: “Bu uşağı öldürəcəklər, yaşamağa qoymayacaqlar. Mən təcrübəmdən bunu hiss edirəm”.
Buna baxmayaraq, 2018-ci il mayın 6-da Levon Torosyanın da “intihar edərək” öldüyü bildirilir. Hərbi ekspert Ruben Martirosyanın sözlərinə və məhkəmə tibbi ekspertizanın verdiyi rəyə əsasən, güclü zərbələrə məruz qalan Torosyan güllələnərək öldürülüb. Həmçinin müayinə zamanı əsgərin dirsək nahiyələrində sıyrıqlar müşahidə edilib. Torosyanın valideynləri də övladlarının mütəmadi olaraq evdən pul gətirməsi üçün komandirlərin təzyiqlərinə məruz qaldıqlarını bildiriblər.

Bu xəbər oxundu
- - -