Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İran Qərbə meydan oxudu

18.02.19, 9:54
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Prezident Ruhani müasir hərbi sualtı qayığı təqdim etdi

İran Prezidenti Həsən Ruhani ölkəsində istehsal olunmuş, qanadlı raketlərlə silahlanmış sualtı qayığı təqdim edib. Bu, Birləşmiş Ştatlarla gərginlik yaşandığı bir dönəmə təsadüf edir. “Bu gün İran İslam Respublikası qurudan, havadan və dənizdən tamamilə özünə arxalanır. Bizim müdafiə gücümüz öz maraqlarımızı müdafiə etməyi nəzərdə tutur, heç vaxt heç bir ölkəyə hücum etməyə cəhd göstərməmişik”, – prezident dövlətə məxsus “Press TV” televiziyasına söyləyib.
“Fateh” adlı 600 tonluq sualtı qayığın torpedalarla, dəniz minaları ilə, 2 min kilometri vurmağa qadir qanadlı raketlərlə təchiz olunduğu bildirilir. Bu raketlər İsrail və Birləşmiş Ştatların regiondakı hərbi bazalarına çata bilər.
ABŞ Prezidenti Donald Tramp ötən il Tehranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxıb, İrana sanksiyaların bərpa olunduğunu açıqlayıb. Tramp sazişin İranın ballistik raket proqramını, Yaxın Şərqdəki fəaliyyətini əhatələmədiyi üçün qüsurlu olduğunu bildirib. Sənədi imzalamış Avropa ölkələri isə ona sadiq qalır, amma onlar da İranın raket proqramını, Yaxın Şərq Ölkələrinə müdaxiləsini getdikcə daha çox tənqid edirlər.
Nüvə sazişi İranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu. Tehran beynəlxalq təzyiqə və embarqolara baxmayaraq yerli silah sənayesini inkişaf etdirib. Ruhani mərasimdə deyib ki, düşmənimizin təzyiqi və İrana sanksiyalar proqresimizə təkan verib. Prezidentin sözlərinə görə, İran ona gərəkən silahları yalnız alsaydı, müdafiə sektorumuzu sənayeləşdirməyə bəlkə də belə bir motivasiya olmazdı.

Bu xəbər oxundu
- - -