Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Paşinyan yalan və saxtakarlığın rahat zonasındadır

18.02.19, 12:01
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Baş nazir Nikol Paşinyan inqilabdan sonrakı qısa müddətdə mətbuat konfranslarının birində bildirib ki, vəzifəsinə görə o qədər və elə həqiqətləri dərindən öyrənib ki, hətta bu onu qorxudur. Həmin mətbuat konfransından aylar, inqlabdan, haradasa, on ay keçib. Bu, hökumətin siyasətində həqiqətin nə qədər yer tutduğu, ya onun yalan və saxtakarlığa nə qədər söykəndiyini dəyərləndirmək üçün yetərincə çox zaman dövrüdür.
Bu günlərdə parlamentdə hökumətin prioqramı qəbul olunub. Hökumət təmsilçiləri onu elə müdafiə və təqdim edirdilər ki, bu, sanki Ermənistanın qurtuluş proqramı idi. Bununla belə, gerçəklik elədir ki, hökumətin bu proqramı orta səviyyəli adi sənəddir və iqtisadi inqilabla onun müəlliflərinin nə qədər saqqal saxladığı və üzərində “Ruhla” yazılmış papaq qoyduqlarıyla bir o qədər əlaqəsi var.
Ermənistanın iqtisadiyyatda ətalətli inkişafı, xarici siyasətdə təcridçiliyi davam etdirəcəyi və təhlükəsizlik təminatının ancaq silahlı güclərin boynunda olacağı haqda hökumət proqramı. Hökumətin proqramı rəqabətsiz, acınacaqlı həyat keçirən, adi bir ölkənin sənədidir. Bununla belə hakimiyyət daşıyıcılarımız tərəfindən elə təqdim edilir ki, guya son 30 ildə milləti xilas edən ilk strategiyadır. Yalandır. İkiüzlülükdür. Hakimiyyət deputatlarının son üç gündəki çıxışlarında yalan, saxtakarlıq və bəlağət payı o qədər böyük idi ki, istər-istəməz Serj Sərkisyana yaltaqlanan respublikaçıların belə davranışlarını xatırlayırıq. Onların sözlərində və ola bilsin, hətta düşüncələrində də həqiqət yoxdur, həqiqətin yerini yalan, ikiüzlülük, həqiqətlə manipulyasıya tutub. Fəaliyyətdəki baş nazir Nikol Paşinyan bir zamanlar bildirirdi ki, super baş nazirlik sistemi yolverilməzdir. Bu gün bu sistemin saxlanması üçün hər şeyi edir. Və deməli, ya o zaman super baş nazirlik sisteminin yolverilməz olduğunu deyəndə yalan danışırdı, ya da bu gün hökumətin super baş nazirlik sistemindən addım-addım imtina edəcəyini deyəndə yalan danışır.
Nikol Paşinyan bir zamanlar bildirirdi – Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü yolverilməzdir, hər şeyi etmək gərəkdir ki, Ermənistan bu struktura üzvlüyü dayandırsın. Baş nazir Nikol Paşinyan bu gün deyir – hər şeyi etmək gərəkdir ki, Ermənistanın AİB-ə üzvlüyü daha effektli olsun. Deməli, o ya o vaxt yalan danışırdı, ya da bu gün yalan deyir.
Hakimiyyət – təhlükəli kateqoriyadır. Hakimiyyət insanı gerçəklikdən çox tezliklə və dərindən uzaqlaşdıra bilər. Gerçəklikdən ayrılmaq növbəti mərhələdə həqiqətdən ayrılmağa gətirər. Ya da həqiqətdən imtinaya. Bu isə öz növbəsində buna səbəb olur ki, gerçəklik yalan və saxtakarlıqla, həqiqətə uyğunlaşdırılan manipulyasiya ilə dolur. Saxtakarlıq və manipulyasiyadansa gerçəklik də həqiqət kimi tez-tez daha sərt olur. Çünki həqiqət təcrübədən asılı deyil və obyektivdir, manipulyasiya isə konkret məqsədlə, birinci növbədə insanı, yaxud sistemi gerçəklikdən qoparmaq üçün qurulur. Manipulə edilən və saxta gerçəklikdə yaşamaq çox xoşdir, hər şey gözəl və işıqlıdır. Amma insan, ya da sistem yalan gerçəkliyə daha çox bulaşdıqca obyektiv gerçəkliyə bir o qədər çox yadlaşır, obyektiv gerçəklik bir o qədər qaranlıq və əzici olur. İstənilən müxaliflik təzahür edəndə hakimiyyət təmsilçilərinin göstərdikləri açıq barışmazlığı məhz bununla izah etmək lazımdır. Çünki hər bir tənqid hakimiyyət təmsilçilərini manipulyativ gerçəklikdən ayırmaq və obyektiv gerçəkliyə qaytarmaq cəhdidir. Amma hakimiyyət özünü burada rahat və ehtiyacsız hiss edir və gerçək həyata dönmək istəmir.
Bu, hakimiyyət və şəxsən baş nazir Nikol Paşinyan üçün son dərəcə təhlükəli fenomendir. O, yalan və saxtakarlığın rahat zonasından, heç olmasa, acı həqiqəti ehtiva edən gerçəkliyə mümkün qədər tez dönməsə, bu gün cəmiyyəti doyuzdurmağa çalışdığı yalanın qurbanı olacaq.

Bu xəbər oxundu
- - -