Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Xəzəryanı ölkələr arasında dostluq və əməkdaşlıq əlaqələri var“

19.02.19, 8:38
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Xəzəryanı ölkələr arasında dostluq və əməkdaşlıq, qarşılıqlı hörmət və etimad, eləcə də ölkələrin suverenliyinə hörmət münasibətləri mövcuddur. Məhz buna görə də Xəzər dənizinə dair Konvensiyanın imzalanması mümkün oldu”.
Bunu Azərbaycan Nazirlər Kabineti Aparatının rəhbəri, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupda Azərbaycanın səlahiyyətli nümayəndəsi Xələf Xələfov Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupun ilk iclasının açılışında deyib.
O bildirib ki, Xəzər dənizi üzrə tarixi olan sammitdən bir neçə ay sonra da tərəflər çalışmalara davam edir: “İrəliləyiş var, bir neçə dəyişiklik olunub və bunları işçi qrupun ilk iclasında müzakirə edəcəyik. Ölkələr regionda sabitliyi təmin edən sənəd imzalayıb. Xəzər hövzəsindəki bu sabitlik bütün dünya üçün nümunə ola bilər”.
Onun sözlərinə görə, Konvensiyanın mexanizmi kimi yüksək səviyyəli işçi qrupu hövzə ölkələrini maraqlandıran məsələlərlə bağlı işlərini davam etdirəcək: “Konvensiyada Xəzər sabitlik dənizi elan edilib və biz bu statusu qorumalı və möhkəmləndirməliyik”.
Xələf Xələfovun fikrincə, iclas zamanı iştirakçılar ilk növbədə işçi qrupunun iş prosedurlarını müəyyənləşdirəcək, Konvensiyanın hər bir ölkənin qanunvericiliyi əsasında təsdiqlənməsini müzakirə edəcəklər. O bildirib ki, həmçinin Xəzər dənizində ərazi sularını müəyyənləşdirmək məqsədi ilə birbaşa çıxış xətlərinin qurulması metodikası müzakirə olunacaq.
Qeyd edək ki, 2018-ci ilin avqustun 12-də Qazaxıstanın Aktau şəhərində “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” imzalanıb və beşinci Xəzər zirvə toplantısının Kommünikesi qəbul edilib. Bu sənədlərə əsasən, Konvensiyanın səmərəli yerinə yetirilməsi və Xəzər dənizində əməkdaşlığın nəzərdən keçirilməsi məqsədi ilə Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrindən ibarət müntəzəm beştərəfli məsləhətləşmələr mexanizmi – Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrup yaradılıb

Bu xəbər oxundu
- - -