Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ABŞ-da minlərlə insan fövqəladə vəziyyətə etiraz edir

19.02.19, 9:36
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ-da minlərlə insan ayağa qalxıb. Ölkənin müxtəlif ştatlarından gələrək Ağ Ev qarşısında toplaşan etirazçılar prezident Donald Trampın fövqəladə vəziyyət qərarına etiraz edib. 16 ştatda isə prezidentin fövqəladə vəziyyət elan etməsinə görə məhkəməyə müraciət olunub.
Aksiyalar "MoveOn" insan haqları təşkilatı və bənzər qeyri-hökumət təşkilatları tərəfindən təşkil edilib. Onlar prezidenti vəzifəsindən sui-istifadə etməkdə və ABŞ Konqresini heçə saymaqda günahlandırıb. Etirazçılar “Trampa yox!”, “Divara yox!”, “Divarı Trampın ətrafına hörün, bizi xilas edin” kimi şüarlar səsləndiriblər.
Aksiyanın təşkilatçılarından olan Dersi Reqan fövqəladə vəziyyət qərarının ABŞ demokratiyasına, müsəlmanlara və miqrantlara verəcəyi zərərə diqqət çəkib.
Qeyd edək ki, Tramp Meksika ilə sərhədə 5,7 milyard dollarlıq divar inşa etmək istəmiş, lakin Konqresdəki demokratlar bu istəyə qarşı çıxmışdı. Buna görə də ölkə büdcəsi Konqresdən keçməmiş və federal hökumət 35 gün bağlı qalmışdı. Daha sonra Nümayəndələr Palatası 3 həftəlik büdcə təsdiqləmiş və hökumət açılmışdı. Demokratlar isə divar üçün lazım olan maliyyəni ayırmayacaqlarını elan etdikdən sonra Tramp ölkədə fövqəladə vəziyyət elan etmişdi.

Bu xəbər oxundu
- - -