Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Sumqayıtda dəhşətli avtobus qəzası

21.02.19, 15:03
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

31 sərnişin xəstəxanaya yerləşdirilib, 10-nunun vəziyyəti ağırdır

Sumqayıtda marşrut avtobusu qəzaya uğrayıb.
Hadisə Sumqayıt şəhərinin Məşədi Əzizbəyov və Nizami küçələrinin kəsişməsində baş verib.
Sumqayıt – Hacı Zeynalabidin Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı avtobus Toyota Prado markalı avtomobillə toqquşub , daha sonra idarəetməni itirərək binaya çırpılıb.
Avtobusda olan sərnişinlərdən 31 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, 10-a yaxın xəstə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə mətbuata açıqlamasında Sumqayıtda marşrut avtobusunun qəzaya uğraması nəticəsində yaralanan şəxslərdən yalnız 6 nəfərinin reanimasiyaya yerləşdirildiyini deyib.
Onun sözlərinə görə, yaralılardan biri əməliyyat otağına götürülüb:
"Yaralıların biri hamilə qadındır. Ölən yoxdur, amma vəziyyəti ağır olanlar var".

Bu xəbər oxundu
- - -