Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycanda güclü təhsil sistemi formalaşıb”

22.02.19, 7:08
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Azərbaycanda təhsil sahəsində həyata keçirilən məqsədyönlü siyasət və ardıcıl tədbirlər nəticəsində bu sistemdə çox böyük nailiyyətlər, müsbət dinamika müşahidə olunmaqdadır. Prezident İlham Əliyev təhsil sahəsinin inkişafı, ölkəmizdə, gənc, müasir dünyagörüşlü və vətənpərvər gənc nəslin yetişməsini həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biri elan edib. Ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülüb, son 15 ildə ölkəmizdə 3200-dən artıq orta məktəb tikilib və ya əsaslı təmir olunub. Bu təhsildə infrastruktur məsələlərin yüksək səviyyədə həllini şərtləndirib. Eyni zamanda, Azərbaycan təhsilinin inteqrasiyasını sürətləndirmək, ölkəmizdə peşəkar, savadlı kadrların hazırlanması məqsədilə müxtəlif proqramlar icra olunub. Ali təhsil müəssisələrində çox ciddi islahatlar aparılıb, təhsilin keyfiyyəti xeyli yaxşılaşdırılıb. Bu gün Azərbaycanın ali məktəblərinin beynəlxalq reytinqi xeyli artıb”.
Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova deyib.
Sahibə Qafarova bildirib ki, görülən işlərin nəticəsində Azərbaycanda müasir dövrün tələblərinə uyğun güclü təhsil sistemi formalaşıb.
“Təbii ki, müasir çağırışlar eyni zamanda, dünyada yaranan yeni trendlər və tələblər, Azərbaycan təhsilinin keçdiyi inkişaf yolu və qazandığı əhəmiyyətli nailiyyətlər ölkəmizdə təhsil sahəsində qanunvericiliyin təkmilləşdirilməsini şərtləndirir. Ona görə də, hesab edirəm ki, "Ümumi təhsil haqqında" Qanunun qəbulu olduqca əhəmiyyətli bir addım olacaq”.
Deputatın sözlərinə görə, layihədə dövlətin təhsil sistemimizin inkişafı ilə bağlı həyata keçirəcəyi tədbirlərin istiqamətləri göstərilməklə yanaşı, konkret öz üzərinə götürdüyü öhdəliklər də var:
“Bu, bir daha Azərbaycan dövlətinin sosial mahiyyətini ifadə edir. Azərbaycanda təhsil siyasətinin formalaşdırılması təhsil sistemində aparılan islahatların sosial-iqtisadi əhəmiyyətinin artırılması vacib məsələ kimi qarşıya qoyulub. Azərbaycan dövləti həmişə müəllim peşəsinin nüfuzunu yüksəltmək üçün ardıcıl tədbirlər görür, bu sahədə bacarıqlı, savadlı kadrların hazırlanmasına diqqət göstərir. Atılan stimullaşdırıcı addımlar gənclərdə bu müqəddəs peşəyə marağı daha da artırıb. Azərbaycanda müəllim işləmək istəyən gənclərin sayının 3 dəfədən çox artması özlüyündə böyük bir nailiyyətdir. Qanun layihəsində təhsil alanların və təhsil işçilərinin sosial müdafisəninin həyata keçirilməsi ilə bağlı məsələnin ayrıca yer alması təqdirəlayiqdir”.
Sahibə Qafarova deyib ki, sənəddə qeyri-dövlət təhsil müəssisələrinin fəaliyyətinin təmin edilməsi ilə bağlı məsələlər də öz əksini tapıb ki, bu da kifayət qədər aktualdır:
“Çünki son dövrlər ölkəmizdə qeyri-dövlət təhsil müəssisələrinin fəaliyyəti kifayət qədər genişlənib və bu fəaliyyətin daha uğurlu olması üçün hüquqi müstəvidə görüləcək tədbirlər müəyyənləşdirilməlidir. Qanun layihəsində lisenziyalaşdırma və akreditasiya, attestasiya məsələlərinin çox aydın şəkildə təsbit olunması bu sahədə şəffaf faəliyyətin təmin olunmasına imkan verəcək. Bildiyimiz kimi, son illərdə təhsil sahəsində bir çox inqilabi yeniliklərə imza atılıb. Kurrikulum, müəllimlərin attestasiyası kimi məsələlər həm təhsil standartlarının yüksəldilməsinə, həm də kadr bazasının zınginləşdirilməsinə xidmət edir. Qanun layihəsində bu məsələlərin də ayrıca yer alması bir daha bu qanun layihəsinin müasir çağırışlara və tələblərə cavab verdiyini göstərir. Qanun layihəsində bir çox məsələlər çox dəqiq və ardıcıllıqla təsbit olunmaqla yanaşı, müasir çağırışlara cavab verən yeni tələblər də əksini tapmaqdadır”.

Bu xəbər oxundu
- - -