Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Müharibələrin günahsız qurbanları - amerikalı girovlar

22.02.19, 9:40
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Şimali Koreyada bir neçə aylıq həbsdən sonra üç amerikalı əsirin 2018-ci ilin may ayında ABŞ-a geri qayıtması prezident Donald Tramp üçün böyük qələbə kimi dəyərləndirilir. Tramp administirasiyası bir neçə əsirin azad olunmasına nail olub, amma hələ də xaricdə əsirlikdə olan amerikalılar var. Onlara Suriyadakı münaqişəni işıqlandıran və 2012-ci ilin avqustundan Suriya qüvvələri tərəfindən saxlanılan müstəqil jurnalist Austin Tays da daxildir.
Onun anası hazırkı ABŞ hakimiyyətinin oğlunun azad edilməsi üçün attığı addımları müsbət qiymətləndirir. "Bu administirasiya özünü həqiqətən də amerikalıları evlərinə geri qaytarmaq üçün həsr etdiyini sübut edib. Ona görə biz əminik ki, onlar bunun baş verməsi üçün əllərindən gələni edirlər. Amma danışıqların iki tərəfi olduğu da nəzərə alınmalıdır. Biz bütün günü masada otura bilərik, ancaq qarşı tərəfdən heç kəs özünü göstərmirsə bu bizim sadəcə gözlədiyimiz anlamına gəlir” - deyə, Debra Tays bildirib.
Gözləmək əsirlər üçün daha çətindir. 544 gün İran həbsxanasında əsir qalan Ceyson Rezaiyan da bunu təsdiqləyi: "İlk həftələr nə düşünəcəyimi bilmirdim. Mən çaş-baş qalmışdım və qorxurdum. Amma düşünürdüm ki, tezliklə bitəcək. Sonra onlar məni təkadamlıq kameraya salanda çox ümidsizləşmişdim. Onlar mənə hər an bir neçə saat içində edam olunacağımı deyə bilərdilər."
Rezaiyan 2016-cı ilin yanvar ayında ABŞ-la məhbus razılaşmasının bir hissəsi olaraq sərbəst buraxıldı. Lakin digər girovlar hələ də gözləməkdədir. "Mənə evimə qayıtmağım üçün kömək edin. 33 il ABŞ-a xidmət etməyin bir dəyəri olmalıdır. Xahiş edirəm kömək edin."
Təqaüdə çıxmış FBI agenti Robert Levinson 2007-ci ildə İrandakı qaçaqmalçılıq şəbəkəsini araşdırarkən yoxa çıxmışdı. Onu girov götürənlərin 2011-ci ildə yaydığı videoya qədər Levinson haqqında heç bir məlumat yox idi. Ələ keçirilməsindən təxminən 12 il sonra Levinsonun taleyi naməlum olaraq qalır. O, ABŞ tarixinin ən uzun müddət girov saxlanılan əsiridir. Girovlarla bağlı bəzi məlumatlar gizli saxlanılır. Dövlət Departamenti xarici dövlətlər tərəfindən neçə ABŞ vətəndaşının girov saxlanıldığı barədə məlumat vermir.

Bu xəbər oxundu
- - -