Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Belarus heç vaxt Rusiyanın hesabına yaşamayıb”

01.03.19, 13:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Belarus heç vaxt Rusiyanın hesabına yaşamayıb və yaşamayacaq da"
Bunu Belarus prezidenti Aleksandr Lukaşenko ictimaiyyət nümayəndələri və ekspert qrupu, həmçinin, yerli və xarici KİV nümayəndələri ilə görüşündə deyib.
“Bizi müftəxorluqda günahlandırmağa son qoyun. Biz heç vaxt sizin hesabınıza yaşamamışıq və bundan sonra da yaşamayacağıq. Bu cür sözləri xalqımız və xüsusən də mən – qürurlu adam eşidəndə, heç bir ittifaqda olmağı istəmirəm. Rusiya belarusu itirmək istəmir. Rusiya sizin dediyiniz kimi, burada hansısa çevriliş etmək, vəziyyəti pisləşdirmək istəmir. Və əgər Rusiya bizə hücum etsə (informasiya müstəvisində), bu, səhv, kobud və axmaqlıq olacaq”, – deyə Lukaşenko vurğulayıb.
Onu da bildirib ki, Belarusda Ukrayna ssenarisini təkrarlamaq mümkün olmayacaq: “Ən azı, mən hakimiyyətdə olduğum müddətcə bunu edə bilməyəcəklər”.
Lukaşenko həm də Rusiyadakı vergi manevrləri ilə əlaqədar kompensasiya məsələsində Moskva ilə razılığa gələ bilməsələr, onda rus neftini almaqdan imtina etməyə məcbur olacaqlarını deyib.

Bu xəbər oxundu
- - -