Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

28 aprel “Sovet işğalı günü” kimi qeyd olunsun

04.03.19, 9:20
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. Müzakirə olunan ilk məsələ partiyanın Ali Məcslininin növbəti sessiyasının çağırılması ilə bağlı olub. Səsvermə nəticəsində BAXCP Ali Məclisinin sessiyasının martın 16-da, saat 12:00-da çağırılması ilə bağlı qərar qəbul edilib.
BAXCP İdarə Heyətinin iclasında Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğrması və aprelin 28-nin işğal günü kimi qeyd olunması da müzakirəyə çıxarılıb. Bildirilib ki, qonşu Gürcüstanda da ilk respublikanın süquta uğradığı 25 fevral tarixi “Sovet işğalı günü” kimi qeyd olunur, həmin gün bayraqlar endirilir və bütün respublika ərazisində işğal və repressiya qurbanları 1 dəqiqəlik sükutla yad edilir: “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının 1-ci maddəsində qeyd olunur ki, “1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisinin zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Xalq Cümhuriyyətini devirməsi RSFSR-in müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin”. BAXCP İdarə Heyəti Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının bu müddəasını əsas götürərək, hökuməti hər ilin 28 aprel tarixinin “Sovet işğalı günü” kimi qeyd olunması, həmin gün dövlət bayraqlarının endirilməsi, bütün respublika ərazisində işğal və repressiya qurbanlarının 1 dəqiqəlik sükutla yad edilməsi məqsədi ilə müvafiq qərar qəbul etməyə çağırır.

Bu xəbər oxundu
- - -