Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Pentaqondan Ankaraya xəbərdarlıq

05.03.19, 9:21
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rusiyadan “S-400” zenit-raket komplekslərini tədarük etməyə hazırlaşan Türkiyəyə xəbərdarlıq edərək bildirib ki, Moskva ilə sazişi ləğv etməyəcəyi təqdirdə Ankaranı ağır nəticələr gözləyəcək.
Bu barədə pentaqonun sözçüsü Erik Pahon “Ahval” qəzetinə açıqlamasında deyib.
“Türkiyənin öz hava məkanının müdafiəsini gücləndirmək istədiyinin fərqindəyik, amma Rusiyaya məxsus “S-400” zenit-raket komplekslərinin alışı ABŞ ilə Türkiyənin müdafiə sahəsindəki əməkdaşlığında ağır nəticələr doğuracaq” – Pahon vurğulayıb.
Pentaqonun nümayəndəsi onu da bildirib ki, Türkiyənin hava hücumundan müdafiə qabiliyyətinin təkmilləşdirilməsi üçün alternativ variantlar axtarışındadırlar: “Bu məsələ ilə bağlı açıq dialoq aparırıq. Amma bundan əvvəl də vurğulamışdıq ki, önəmli müdafiə sistemlərinin alışı zamanı onların NATO çərçivəsindəki əməliyyat uyğunluğunun təmin edilməsi vacibdir”.

Bu xəbər oxundu
- - -