Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ABŞ Soyuq müharibə proqramını bərpa edir

06.03.19, 8:54
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ Müdafiə Nazirliyinin Perspektiv Araşdırma Layihələri İdarəsi (DAPRA) ilk dəfə Soyuq müharibə illərində yaranmış Avropada Rusiyanın qarşısının alınması proqramını bərpa etməyə hazırlaşır. Bu barədə “Aviation Veek” portalı yazıb. Yeni konsepsiya ağıllı və yüksək dəqiqliyə malik silahların yaradılması ilə bağlı “Assault Breaker” proqramının inkişafının davam etdirilməsini nəzərdə tutur.
Soyuq müharibə illərində əsası qoyulan bu proqramda yaradılması nəzərdə tutulmuş silahların Qırmızı ordunun Avropaya hücumu zamanı tank və mexaniki birləşmələrin dayandırılması, hədəfi müstəqil şəkildə müəyyən edərək, texnikanı məhv edən aviasiya sistemləri və bombaların isə sovet ordusunun hərbi kontingent baxımından üstünlüyünün qarşısının alınması üçün istifadə edilməsi planlaşdırılıb. Həmin vaxt bu tapşırığın icrası üçün E-8C JSTARS təyyərələri seçilib.
Bu təyyarələr proqramın yenilənmiş variantında da düşməni müəyyən edən aviasiya kimi təqdim olunub. Düşmənin müəyyən edilməsindən sonra isə B-52H bombardmançı təyyarələri rəqibin zirehli texnikasına zərbə vurmalıdır. Tapşırığın icrası zamanı tankları hədəfə çevirmək üçün hərbi sursatın infraqırmızı sensorlarla təchiz olunması zəruri şərt kimi göstərilib.
Qeyd edək ki, proqram hədəfin məhvi üçün 50 faizlik imkan yaradır. Hər bir bombardmançının göyərtəsində 20 raketin olması planlaşdırılır. “Assault Breaker” proqramının bərpası Rusiya və Çinin hərbi sferadakı uğurları ilə əlaqələndirilir.

Bu xəbər oxundu
- - -