Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“ABŞ-ın Ermənistan ərazisindən İrana qarşı işlədiyi şübhəsizdir”

12.03.19, 8:28
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“İndiyə qədər İranda olan erməni diasporu orada aktiv fəaliyyətlə məşğul ola bilmirdi. Azərbaycanlıların buradakı say çoxluğu onların baş qaldırmasına hər zaman mane olub. Ancaq Ermənistanın Baş naziri Nikol Paşinyanın Tehrana səfəri zamanı “Ararat” klubunda erməni icması ilə görüşündə “Qarabağ Ermənistandır və Son” plakatının açılması təsadüfi deyil”.
Bu sözləri politoloq Arzu Nağıyev deyib. O bildirib ki, Paşinyan bunu özbaşına etmir:
“İranın Azərbaycana qarşı rəsmi surətdə hər hansı addımlar atacağını düşünmürəm. İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dövlətdir. Son vaxtlar İran və Azərbaycan arasında baş verənlərin arxasında gizli məqamlar durur. Eyni zamanda, İrana qarşı tətbiq olunan embarqonu sındırmaq üçün İran qazının Ermənistandan Gürcüstana, oradan da Avropa bazarlarına çatdırmaqla bağlı danışıqlar da inandırıcı görünmür. Bütün bu baş verənlər fonunda ABŞ-ın İranla bugünkü münasibətləri unudulmamalıdır. Ola bilsin ki, ABŞ-ın xüsusi xidmət orqanları məhz İranda azərbaycanlılar və farslar arasında problemi qabartmaq üçün Ermənistandan istifadə edir. Çünki Qərbin xüsusi xidmət orqanları hər zaman İrana qarşı olan münasibətlərdə orada yaşayan xalqlardan istifadə etməkdə maraqlıdır. Regionda ən böyük ABŞ səfirliyi Ermənistandadır. Onların Ermənistan ərazisindən İrana qarşı işlədikləri şübhəsizdir”.
Politoloq qeyd edib ki, Azərbaycan XİN rəhbərinin İrana səfər etməsi İran və Azərbaycan arasında problemin olmamasının sübutudur:
“Bizim BMT tərəfindən tanınan ərazi bütövlüyümüzü İran hər zaman dəstəkləyir. Yəni bu gün İran və Azərbaycan münasibətlərində hiss olunan gərginlik təsadüfən ortaya çıxmayıb”.

Bu xəbər oxundu
- - -