Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Stratfor” Rusiyanın yeni dünya ekspansiyasından yazır

12.03.19, 9:51
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Moskva ABŞ-ın marağı olan ərazilərdə Vaşinqtona meydan oxumağa başlayıb

Kiyevdən Avromaydanın – Ukraynada başlanan, amma bütün dünyaya təsiri olan üsyanın keçməsindən beş ildən çox ötüb. Üstəlik, o, Krımın Rusiya tərəfindən ilhaqını və ardınca Ukraynanın şərqində separatçı münaqişə törədib, bu üsyan soyuq savaş dönəmindən bəri münasibətləri belə pis olmayan Rusiya və Qərbin arasına paz vurub. Amerika Birləşmiş Ştatları və Avropa Birliyi iqtisadi sanksiyalar vasitəsilə Rusiyanı təcrid etməyə çalışıb, halbuki Rusiya və NATO hərbi qüdrəti artırmaqla bir-birini acıqlandırıb.
“Strateq” Stratfor-a (ABŞ) istinadən yazır ki, Moskva uzun çəkişmələr nəticəsində xarici siyasət strategiyasını dəyişərək, bir yandan, iqtisadiyyatı sanksiyaların sonrakı təsirindən qorumaq, o biri yandan, ticari və yatırım məhdudiyyətləri illərində əldən buraxılan imkanların yerini doldurmaq üçün başqa bölgələrlə iqtisadi bağları xeyli müxtəlifləşdirməyə çalışıb. Çin bu baxımdan Rusiyanın əsas tərəfdaşı olub: Moskva 2014-cü ildən Brüssel və Vaşinqtonla iqtisadi münasibətlər çökəndən bəri Pekinlə ticari, iqtisadi və energetik əlaqələri getdikcə daha çox inkişaf etdirməyi sürdürür. Amma Çin Rusiyanın öz strateji və energetik ehtiyaclarını ödəməyə çalışaraq hərəkətləndiyi tək yön deyil. Rusiya və Qərb arasındakı gərginlik uzanacağından – görünür, hələ xeyli – Rusiya habelə Cənubi Asiya, Yaxın Şərq, həmçinin Afrika və Cənubi Amerikaya iqtisadiyyat və təhlükəsizlik sahələrində əlaqələri yoluna qoymaq mümkün olan bölgələr kimi yanaşır və bu qayda ilə ABŞ-ın planlarını pozur.

Suriyaya və daha uzaqlara

Son zamanlar Rusiyanın strategiyasında əsas komponent Qərbdən qıraqdakı ölkələrlə hərbi münasibətləri və təhlükəsizlik üzrə bağları genişləndirməkdir, bu, Moskvanın 2015-də prezident Bəşər Əsədə yardıma gəldiyi Suriyada özəlliklə aydındır. Tartusda hərbi-dəniz bazasını saxlamaq cəhdlərindən başlayaraq İŞİD-in və başqa cihadçı qruplaşmaların bölgə daxilində və ondan qıraqda yayılmasını önləməyə qədər Suriya məsələlərinə qarışmaq üçün Rusiyanın tamamilə izah olunan səbəbləri var idi. Moskva Suriya münaqişəsinə girməklə ABŞ-la bağlı strateji təsəvvürləri də nəzərdə tuturdu. Rusiya İranda və keçmiş sovet məkanının rəngli inqilablar nəticəsində avtoritar başçıların devrildiyi başqa ölkələrində ABŞ-ın başçılıq etdiyi və ya dəstəklədiyi güclərin cari rejimi dəyişmək cəhdlərinə qarşı həmişə radikalcasına durub. Moskva habelə Vaşinqtona və bütün dünya birliyinə göstərmək istəyirdi ki, Suriyanın legitim sayılan beynəlxalq hökumətini saxlamaqdan ötrü öz səhədlərindən qırağa hərbi müdaxilə etmək gücündədir.
Nəhayət, Rusiya Vaşinqton üçün strateji maraq ifadə edən ölkədə əsas güclərdən birinə çevrilərək ABŞ-la daha geniş danışıqlar çərçivəsində basqı rıçaqlarını da gücləndirməyə çalışıb.
Bu strategiya Rusiyanın təkcə Suriyada deyil, həm də bütün Yaxın Şərqdə avtoritet və nüfuzunu gücləndirərək onun üçün uduşlu olub. Rusiya İraq, Liviya, Fələstin-İsrail münaqişəsi zonası kimi nöqtələrdə diplomatik vasitəçi rolunda fəallaşıb, habelə Misir, Türkiyə və Səudiyyə Ərəbistanı kimi ölkələrdə silah ticarətini genişləndirib. Rusiya bu qayda ilə Yaxın Şərqdə özünün cəlbedilərliyini gücləndirib və durumunu möhkləmləndirib, bu isə bildirir ki, Birləşmiş Ştatlar indi Vaşinqton üçün praktik olaraq bütün mühüm ərazilərdə Moskvanın nüfuz və durumunu nəzərə almalıdır – özəlliklə ABŞ-ın bu bölgədə hərbi iştiraka hazırlaşdığı bir dövrdə.

Asiyaya soxulma

Rusiya strategiyasının şaxələndirilməsi qabaqlar əlverişli coğrafi mövqe və sabitləşmiş münasibətlərlə bağlı ancaq Yaxın Şərqə və Asiya-Sakit okean bölgəsinə toxunurdu. Lakin Moskva son illərdə dünyanın başqa ən önəmli bölgələrinə də can atır. Belə bölgələrdən biri Rusiyanın öz nüfuzunu fəal möhkəmlətdiyi və əlaqələri yoluna qoyduğu Cənubi Asiyadır – özəlliklə Əfqanıstan. Rusiya hökumət təmsilçiləri və “Taliban” hərəkatı daxil olmaqla Əfqanıstanın əsas simaları arasında bir neçə danışıqlar təşkil edərək bu dövlətin diplomatik sahəsində fəallığı gücləndirib. Moskva habelə İŞİD ünsürlərinin Mərkəzi Asiyaya və yaxud Rusiyaya istənilən mümkün sızmasını bağlamaq üçün Əfqanıstanla qonşu Mərkəzi Asiya ölkələrində, indi daha çox antiterror təlimləri keçirdiyi Tacikistan və Qırğızıstanda təhlükəsizlik güclərinin iştirakını xeyli artırıb. Moskva İŞİD-in taliblərlə münasibətə girməkdə təcridini məhdudlaşdırmağa da çox səy qoyur, amma göstəriş var ki, Kreml təhlükəsizlik məsələlərində sonuncuya cüzi yardım göstərə bilər. Rusiyanın Suriya ilə bağlı haldakı kimi Əfqanıstanın işlərinə qarışmaqda öz səbəbləri var – başlıca olaraq, hərbi təcavüzün qabağını almaq istəyi. Amma Kreml həm də ABŞ-ın bu ölkədəki strateji marağını nəzərdə tutub. Moskva bu qayda ilə Vaşinqtonun Əfqanıstanda hərbi kontingenti azaltmağı planlaşdırdığı bir vaxtda ABŞ-a meydan oxuyur. Üstəlik, Rusiya qonşu Pakistanla iqtisadiyyat və təhlükəsizlik məsələləri üzrə qarşılıql fəaliyyəti gücləndirmək üçün Əfqanıstanda artan nüfuzundan faydalanır. Təbii, Moskva bu zaman Rusiyanın çoxdan silah tədarük etdiyi Nyu-Dehli ilə sabitləşmiş münasibətləri bununla bağlı ehtiyatla tarazlaşdırmağa çalışır və hətta Hindistan və Pakistan arasında bu yaxınlarda Kəşmirdə alovlanan münaqişədə vasitəçi rolu təklif edib.

ABŞ-ın yan-yörəsinə basqın

ABŞ-ın birbaşa qulağının dibində Rusiyanın soxulduğu daha bir nöqtə Venesueladır. Moskva 2014-cü il Avromaydanından xeyli qabaq hələ Uqo Çavesin dönəmində Karakasla iqtisadi və hərbi əlaqələrə malik idi. Lakin Kreml son zamanlar maliyyə dəstəyini, habelə prezident Nikolas Maduronun hökumətiylə energetika və təhlükəsizlik sahələrində qarşılıqlı fəaliyyəti tədricən gücləndirir. Maduro 2018-in dekabrında Moskvaya Rusiya prezidenti Vladimir Putinlə görüşə gəlib – dövlət başçıları energetika və dağ sənayesi sahəsində ümumi dəyəri 6 milyard dollardan çox olan yatırım müqavilələri imzalayıblar. Bundan dərhal sonra təsdiqlənməmiş məlumatlar meydana çıxıb ki, Rusiya strateji Tu-160 bombardmançılarının Venesuelada uzun müddətə yerləşdirilməsini düşünür. Orada təsdiq ediblər ki, belə təyyarələr 2018-ci il dekabrın 10-da Karakas yaxınlığında Mayketi şəhərinin aeroportuna enib.
Rusiya Əfqanıstan və Suriya ilə bağlı haldakı kimi Venesuela ilə də energetika və hərbi sənaye sahəsində münasibətlərdə maraqlıdır. Bundan savayı, Latın Amerikasının bu dövləti Rusiyanın ABŞ-a çətinliklər yaradacağı və strateji maraqlarının həyata keçirilıməsinə mane ola biləcəyi dayaq məntəqəsi ola bilər. Vaşinqton Venesuelada daxili duruma təsir etməyə fəal səy göstərir, halbuki Rusiya belə səylərə qarşı çıxmaq və Maduro hökumətini saxlamaq niyyətindədir. Buna baxmayaraq, Venesuelada siyasi böhranın miqyası və ABŞ-ın müxalif lider Xuan Huaydonu dövlət başçısı kimi tanıyaraq və iqtisadi sektora daha çox sanksiyalar qoyaraq Maduronu devirməyə inadlı səyləri, habelə Amerikanın təhlükəsizlik güclərinin bəzi əməliyyatlarının açıq müzakirəsi – bütün bunlar bildirir ki, Rusiya, çətin ki, Suriyada baş verdiyi kimi Venesuelaya birbaşa hərbi müdaxiləyə başlayar. Lakin şayiələrə görə, Venesuelada Rusiyanın müəyyən sayda qeyri-rəsmi və özəl kontingenti iştirak etsə də, Moskvanın uzaq Venesuelada ABŞ-a silahla meydana oxumağa nə istəyi, nə də imkanı var. Və yenə də Rusiya, həqiqətən də, cari rejimin – eyni zamanda təhlükəsizliyin təminatı üçün onunla bağlı iqtisadi resur və potensialın – mümkün qədər uzun müddətə qorunmasına şərait yaratmağa hazırdır.
Şaxələndirmə üzrə Rusiya strategiyası son bir neçə ildə Moskvanı daha az tanıdığı əraziyə, məsələn, Afrikaya gətirib. Rusiya təkcə Zimbabvenin hərbi qüvvələrini modernləşdirmək yardımını müzakirə etməyib, həm də ölkədə daxili siyasi münaqişənin həllində vasitəçi olmağa səy etdiyi Mərkəzi Afrika Respublikasında özəl hərbi podratçılardan istifadə edib. Lakin, ola bilsin, Mərkəzi Afrika Respublikası və Zimbabveylə əlaqələrin möhkəmləndirilməsi ABŞ-a qarşı durmaqda Rusiya üçün platformaya çevrilməz, Moskvanın belə ölkələrlə əlaqələri silah alverini genişləndirmək və faydalı qazıntılara çıxış əldə etmək imkanı verər.
Rusiyanın Asiya, Afrika və Cənubi Amerikaya basqınlarına baxmayaraq, Qərbə qapını tam bağlamaq istəmir. Avropa enerji resirsları və faydalı qazıntıların ixracatı üçün əsas bazar kimi hökmən qalacaq, çünki Moskva Qərblə ticari münasibətlərə maraqlıdır – bu, Rusiya üçün yeni sanksiyalar təhlükəsi yaradana qədər. Lakin ən yaxın gələcəkdə Rusiya və Qərb münasibətlərində dalandan çıxmaq ehtimalı az olduğundan iqtisadi və strateji ehtiyacları ödəmək üçün Moskvanın başqa bölgələri bələdləməkdən başqa imkanı yoxdur.

Bu xəbər oxundu
- - -