Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Makedoniyalı nazirdən azərbaycanlı iş adamlarına çağırış

13.03.19, 11:01
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elvin Hasan: “650 milyonluq Avropa İttifaqı bazarına çıxrmaq fürsəti əldə edəcəklər”

“Azərbaycanlı iş adamlarının Makedoniyaya qoyduğu yatırımlardan sonra istehsal etdikləri məhsulları 650 milyonluq Avropa İttifaqı bazarına çıxrmaq fürsəti əldə edəcəklər. Burada bir çox imkan görürük, inanıram ki azərbaycanlı iş adamları da bu fürsətləri dəyərləndirəcəklər. Həmçinin makedoniyalı iş adamlarınin da Azərbyacana yatırım qoyacaqlarına ümid edirik…”. Bu fikirləri Şimali Makedoniya Cümhuriyətinin dövlət naziri Elvin Hasan “Xalq Cəbhəsi”nə müsahibəsində səsləndirib.
Qeyd edək ki, Elvin Hasan, 1985-ci il aprelin 10-da Makedoniyanın İştip şəhərində anadan olub. Gənclik illərndən Qeyri Hökumət Təşkilatları sektoru və Makedoniya Cümhuriyyətində fəaliyyət göstərən Türk Hərəkat Partiyasında fəaliyyət göstərərərk, ölkədəi sosial və siyasi proseslərdə aktiv rol alıb. İbtidai və orta təhsilini Radoviş şəhərində tamamladıqdan sonra İştiptəki "Goçe Delçev" Üniversitetinin (UGD) təhsil elmləri fakültəsinin məzunu olub. “UKIM” Pedaqoji İnstitutunda yüksək lisans və doktorluq təhsili alıb. 2016-cı ildə Ankara Dövlət Universiteti Təhsil Elmləri İnstitunda doktorluq çalışmalarını bitirib. Makedoniyada Dövlət İmtahan Mərkəzində müdir müavini vəzifəsindən dövlət naziri vəzifəsinə yüksəlib.
O, həmçinin 2011-2013-cü illərdə "UFUK" qeyri hökumət təşkilatının sədr müavini, 2013-cü ildən 2016-cı ilə qədər kaib, 2016-cı ildən 2018-ci ilə qədər "UFUK" təşkilatının başqanı seçilib. Həmçinin bir çox layihə üzərində çalışıb. Bir sırta təşkilatlarla, eyni zamanda qeyri hökumət təşkilatları ilə, həmçinin Türkiyə Cümhuriyəti, Balkan ölkələri, Türk diasporu ticarət bölmələri ilə əlaqələr qurub.
Elvin Hasan 2012 – 2014-cü illərdə "Ufuk" makedonca dərgisinin redaktoru, 2016-cı ildən bəri "Haber Makedonya" portalının və elektron dərgisinin redaktoru olub.
Təhsil sahəsində də fəaliyyət göstərən Elvin Hsan türk dili müəllimi olaraq çalışıb. İştipdəki "Goçe Delçev" Üniversiteti Filoloji Fakültəsində Türk dili ve ədəbiyyatı qrupunun asistantı olub. Üsküpdəki "Kliment Ohridski" Pedaqoji fakültəsi və Beynəlxalq Vizyon Üniversitet – Gostivarda müxtəlif vəzifələrdə çalışıb.
Türk Hərəkat Partiyasının üzvü və Sosial Demokratlar Partiyasının dimi tərəfdaşıdır. 2017-ci ildən etibarən Trük Hərəkat Partiyasının İdarə Heyətinə üzv olub, 2019-cu il fevralın 3-də partiyanın sədr müavini seçilib.
Qeyd edək ki, Elvin Hasan hazırda Makedoniya hökumətində nazr vəzifəsində çalışan yeganə türkdür. Makedoniya parlamentində keçirilən səsvermə zamanı 64 lehinə, 6 əleyhinə və 1 bitərəf səslə Xarici Sərmayə ilə İş üzrə nazir seçilib.

-Partiya olaraq əsas fəaliyyət istiqamətiniz nədən ibarətdir, parlamentdə təmsilçiliyinizlə bağlı nə deyə bilərsiniz?

-Makedoniyadakı türklərin qarşılaşdığı problemlərin həlli ilə bağlı fəaliyyət də göstərməkdəyik. Makedoniyadakı türkləri imkanlarımız daxilində daha yaxşı təmsil etməyə çalışırıq. Parlamentdə bizim partiyadan yeganə millət vəkilimiz olan Enes İbrahim eyni zamanda bizim partiyanın sədridir. Digər türk partiyasından da bir millət vəkilimiz var. 120 millət vəkilindən cəmi 2-si türkdür. Onu da nəzərinizə çatdırım ki, 2 milyon Makedoniya vətəndaşı var. Onlardan 80 mini türkdür.

-Makedoniyada türklər digər sahələrdə, bələdiyyələr və dövlət qurumlarında kifayət qədər yer ala biliblərmi?

-Bələdiyyələrdə türklər fərqli şəkidlə təmsil edilməkdədir. Bəzi bələdiyyələrdə məclis üzvlərimiz var. Dövlət qurumlarında istənilən səviyyəyə çata bilməmişik. Makedoniyadakı türklər 80 min civarındadır ki, bu da əhalinin 3,85 faizini təşkil edir.

-Makedoniya ilə Azərbaycan arasından siyasi və iqtisadi münasibətlər hansı səviyyədədir? Nə düşünürsünüz, bu əlaqələrin irəliyə daşınması üçün daha hansı addımların atılması effektiv ola bilər?

-Bizim Azərbaycanda bir çox dostumuz var. Azərbaycanlılar da bizim soydaşlarmızıdır. Eyni dildə danışırıq. Azərbaycan türkcəsi ilə Makedoniya türkcəsi ilə danışdığmızda bir birimizi çox rahat başa düşürük. Bu əlaqalərin iqtisadi və siyasi sahələrdə də irəliləməsini mən də çox istəyirəm. Martın 5-də gerçəkləşdirdiyimiz hökumətin toplantısında Şimali Makedoniya hökuməti bir qərar qəbul etdi. Qısa müddətdə olsa da Azərbaycan vətəndaşlarının Makedoniyaya vizasız gəlişini təmin etdi. Bu martın 16-dan başlayaraq 15 sentyabra qədər olan dövrü əhatə edəcək. Azərbaycan vətəndaşları toplam 180 gün içərisində maksimum 90 gün Makedoniyada vizasız qala biləcəklər. Şimali Makedoniya hökuməti öncə də bu cür qərarlar qəbul etmişdi.

-Bu qərar iki ölkə arasındakı münasibətlərə hansı formada təsir göstərəcək?

-Biz Azərbaycan dövlətinin də qısa müddətli olsabelə belə bir addım atmasını gözləyirik. Vizaların ləğvi iki ölkə vətəndaşlarının daha sıx gediş gəlişi üçün əlverişli şərait yaradacaq. Bizim Xarici İşlər Nazirliyimiz bu istiqamətdə addım atmağa hazırdır. Diplomatik əlaqələrin tez bir zamanda qurulmasını istəyirik. İstəyirik ki, bizim vətəndaşlarımız da qardaş Azərbaycan Cümhuriyətinə vizasız gedə bilsinlər.

-Azərbaycanda olmusuz?

-2016-cı ilin iyun ayında Azərbaycanda oldum və ölkənizi çox bəyəndim. Təbii ki, dövlət rəsmilərinin viza almasında bir problem yoxdur. Amma sadə vətəndaşlarımız çətinlik çəkirlər. Qloballaşan dünyada xüsusilə təyyarə səfərləri ilə gediş-gəlişlər çox asanlaşıb və daha da asanlaşır.

-Nəyə görə Makedoniya hökuməti viza rejimini tamamilə ləğv etmədi?

-Makedoniya hökuməti Azərbaycandan da eyni addım atılmasını gözləyir. Bu şəkildə əlaqələrin inkişafı istiqamətində addımlar atıla bilər. Azərbaycan da eyni addımı atarsa, bundan sonra səfirliklərin və ya konsulluqların açılmasına şərait yarada bilər.

-Azərbaycanlı iş adamlarının Makedoniyada yatırımı varmı?

-Azərbaycanlı iş adamlarının Makedoniyaya maraq göstərməsini müşahidə edirik. Ötən ay azərbaycanlı nümayəndə heyəti ilə bir araya gəldik. Onlar daha çox elm adamlarından ibarət olsa da, aralarında iş adamları da var idi. Azərbaycan vətəndaşlarını Makedoniyada görmək və onlarla burada həm də iş toplantıları reallaşdırmaq bizi məmnun edir. İnanıram ki, bu cür görüşlərin sayı daha da çoxalacaq.

-Makedoniyada hansı sahələrdə iş imkanları var? Azərbaycanlı iş adamlarını maraqlandıra biləcək hansı üstünlüklər mövcuddur?

-Makedoniya Azərbaycana fərqli sahələrdə iş təklifləri təqdim edə bilər. Bilirsioniz ki, Yunanıstanla ad problemimiz var idi. Bu problem aradan qaldırıldı. İki ölkə arasında bir anlaşma gerçəkləşdirildi. Artıq bizim qarşımızda NATO-ya üzvlük məsəlsi var. Bu il fevralın 6-da NATO-ya üzv ölkələr ön protokol imzaladı. Makedoniya bu istiqamətdə bir addım atdı və qarşıdakı proseslərdə NATO üzvü olacaq. Eyni zamanda Avropa İttifaqı ilə əlaqələrin inkişafı ilı bağlı da ciddi addımlar atılmaqdadır. Bu ilin iyun ayında da Makedoniyanın Avropa İttifaqı ilə müzakirələrin başladılması gözlənilir.
Gərəkli addımların atılması vacibdir ki, Azərbaycanla Makedoniya bir biri ilə daha da yaxınlaşsın. Şimali Makedoniya Cümhuriyəti azərbaycanlı iş adamlarının üzünə Avropa İttifaqına açılan qapı ola bilər. Burada böyük fürsətlər var. İtqisadi və siyasi əlaqələrin inkişafından, həmçinin azərbaycanlı iş adamlarının Makedoniyaya qoyduğu yatırımlardan sonra istehsal etdikləri məhsulları 650 milyonluq Avropa İttifaqı bazarına çıxrmaq fürsəti əldə edəcəklər. Burada bir çox imkan görürük, inanıram ki azərbaycanlı iş adamları da bu fürsətləri dəyərləndirəcəklər. Həmçinin makedoniyalı iş adamlarınin da Azərbyacana yatırım qoyacaqlarına ümid edirik. Bu günə qədər buna bənzər bəzi forumlar düzənlənib. Önümüzdəki dönəmlərə yeni iqtisadi forumların keçiriləcəyinə inanıram. İş adamlarımızı bir araya gətirməyimiz vacibdir ki, iş imklanlarını müzakirə etsinlər. Eyni zamanda iş qursunlar.

-Makedoniyalı iş adamları Azərbaycana yatırım qoymaqda nə qədər maraqlıdırlar?

-Mənim şəxsi düşüncələrim odur ki, ilk öncə Azərbaycanla diplomatik əlaqələrin qurulması, viza rejiminin ləğv edilməsi lazımdır ki, iki xalqı bir bnirinə yaxınlaşdıraq. O zaman bizim iş adamlarımız Azərbaycandakı imkanları görə biləcəklər. Xüsusilə enerji ahəsində, kiçik biznesdə, turizmdə, aqrar və inşaat sektorunda iş adamlarımız fəaliyyət göstərmək üçün maraq sahəsi tapacaqlar. İki ölkənin bir birinə təqdim edə biləcəyi bir çox imkan var.
Bir məsələ haqqında da sizə məlumat vermək istəyirəm. Mən Azərbaycanda fəaliyyət göstərən böyük bir holdinqlə müzakirələr aparıram. Bundan məmnunluq duyuruq. Azərbaycan şirkətinin belə bir təklif irəli sürməsi bizi sevindirir. Ümid edirəm ki, yaxın gələcəkdə bu şirkət Makedoniyaya yatırım qoyacaq. Və bu yatırımçılar üçün örnək olacq. Eyni zamanda daha effektli işlər üçün Üsküp-Bakı təyyarə reyslərinin açılması iki xalqı bir araya gətirəcək.

-Bilirsiniz ki, Azərbaycan Xocalı soyqırımının dünyada tanıdılması üçün ciddi fəaliyyət göstərir. Bir sıra ölkələrdə Xocalı soyqırımı soyqırım aktı kimi tanınıb və bu proses davam edir. Makedoniyada bu istiqamətdə hansı addımları ata bilərik? Makedoniya parlamenti Xocalı qətliamını soyqırım aktı kimi tanıya bilərmi?

-Əvvəlcə onu nəzərinizə çatdırım ki, Makedoniya türkləri Xocalı soyqırımını tanıyıb. Təkcə Şimali Makedoniya deyil, bütün Balkan türkləri Xocalı qətliamını soyqırım aktı kimi tanıyıb. Bu böyük bir faciədir. Qətiyyətlə deyirik ki, belə bir hadisənin yaşanması dünyada və ya dünya tarixində qəbul edilə bilməz. Hər zaman bu soyqırım ildönümündə anım tədbirləri keçiririk. Azərbayacana edilən bu hücumlar, Azərbaycan türklərinə qarşı törədilən bu soyqırım aktı eyni zamanda bizə qarşı edilib. Şimali Makedoniya ilə yanaşı dünyadakı bütün dövlətlərin buna siyasi qiymət verməsi zəruridir ki, bir daha belə bir hadisələr təkrarlanmasın. Dünya bu hadisəyə qiymət verməyəcəyi təqdirdə bu hadisələr yenidən təkrarlana bilər. Bizim bu mövzuda düşüncələrimiz konkret və açıqdır. Amma bilirsiniz ki, Makedoniya parlamntində buna 61 millət vəkilinin səs verməsi lazımdır. Onu da diqqətinizə çatdırım ki, biz, “Ufuk”dərnəyini rəhbərliyi olaraq bu iqtiqamətdə tələblərlə çıxış etmişik.
Nəzərinizə çatdırım ki, 2016-cı ildə mən Azərbaycanda olmuşam. Mən Şimali Makedoniyanın xarici yatırımlardan məsul nazir olaraq iki ölkə arasındakı əlaqələrin inkişafı üçün lazım olan bütün addımları atmağa hazıram. Yaxın gələcəkdə Azərbaycanı təkrar ziyarət etmək istəyirəm. Ümid edirəm ki, yaxın zamanlarda Azərbaycandakı məsləkdaşlarımız tərəfindən vizalar mövzusunda addımlar atılacaq. Biz Azərbaycana bir nümayəndə heyətilə gəlib, orada Makedoniyadakı iş imkanları barədə məlumat verə bilərik. İki ölkə arasında hansı işləri görməyimiz varədə müzakirələr apara bilərik. Bundan başqa elım adamlarımızı, iş adamlarımızı bir araya gətirib müzakirələr apara bilərik.

Əli Zülfüqaroğlu

Bu xəbər oxundu
- - -