Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Böyük müharibə yaxınlaşır?

15.03.19, 7:20
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Koreya Xalq Demokratik Respublikası denuklearizasiya haqqında ABŞ tələblərinə güzəştə getmək niyyətində deyil.
TASS agentliyi xəbər verir ki, bu haqda Pxenyanda keçirilən mətbuat konfransının gedişatında Şimali Koreyanın Xarici İşlər Nazirliyinin başçının müavini Tsoy Son Xi bildirib.
“Bizdə ABŞ-ın tələblərinə güzəştə getmək niyyəti yoxdur və belə danışıqları aparmağı arzu etmirik”, - nazir müavini qeyd edib.
O əlavə edib ki, Şimali Koreya lideri Kim Çen In yaxın vaxtlarda Pxenyanın Hanoy sammitindən sonrakı hərəkətləri haqqında öz qərarını elan etmək niyyətindədir.
Xatırladaq ki, fevralın 28-də Vyetnamın paytaxtı Hanoyda ABŞ prezidenti Donald Tramp və Kim Çen In arasında ikinci görüş keçirilib. Sammitin yekunları üzrə razılaşma əldə olunmayıb.
“Şimali Koreya sanksiyaların ləğvi qarşılığında sənədi imzalamağa hazır idi. Razılıq istədiyimiz hər şeyi etmədikləri üçün olmadı. Onlar özlərinə qarşı bütün sanksiyaların ləğv edilməsini istədilər. Biz isə buna hazır deyildik. Sanksiyaların hamısını ləğv etmək üçün nüvə silahından imtina etmələrini istədik. Lakin onlar da buna hazır deyildilər. Onlar tamamilə deyil, ayrı-ayrı rayonlarda nüvəsizləşməni həyata keçirmək istəyirər. Bu bizi qane etmədiyi üçün təklifdən imtina etdik. Kim Çen In bundan sonra nüvə silahı və raketlərin sınaqdan keçirməyəcəklərinə söz verdi. Danışıqlarımız davam edəcək”, - Donald Tramp görüşdən sonra keçirilən mətbuat konfransında vurğulayıb.
Martın 6-da isə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSİS) ilə “38 North” saytının (Şimali Koreya barədə analitik informasiyalar paylaşmaq üçün yaradılıb – red.) yaydığı informasiyaya görə, Şimali Koreya yenidən nüvə stansiyalarını inşa etməyə başlayıb. Xəbərə görə, Kim Çen In ötən ilin iyun ayında Donald Trampla razılığa gəldikdən sonra “Shoae” uzunmənzilli nüvə raket sistemlərinin stansiyaları sökülməyə başlanmışdı. Lakin liderlərin iki dəfə görüşməsi Şimali Koreyanın nüvə layihələrini dayandırmasına təsir edə bilməyib.
Araşdırma mərkəzləri nüvə stansiyalarının peyk görüntülərini əldə edib. Görüntülər 16 fevral-2 mart tarixlərinə aiddir. Həmin görüntülərdə stansiyaların inşa prosesinin başlandığı əks olunub.
“Shoae” sistemi güclü raket mühərriklərinin sınaqdan keçirildiyi təsis kimi tanınır.
Ötən həftə ABŞ Dövlət Departamentinin nümayəndəsi TASS agentliyinə bildirib ki, Koreya yarımadasının denuklearizasiyası Donald Trampın prezidentliyinin birinci dövrünün sonuna kimi başa çata bilər. Onun sözlərinə görə, Vaşinqton administrasiyasında planlarına nail olmaq üçün kifayət qədər vaxt var.
“ABŞ əvvəlki kimi hesab edir ki, Şimali Koreya Donald Trampın prezidentliyinin birinci müddətinin sonuna kimi (Trampın birinci prezidentlik müddəti 2021-ci il yanvarın 20-də başa çatacaq –red.) nüvə silahının yaradılması üzrə proqramını tamamilə dayandıra bilər. Vaşinqton sammitin müvəffəqiyyətsizliyindən sonra yeni danışıqlara başlamağa hazırdır”, - amerikalı diplomat deyib.

Bu xəbər oxundu
- - -