Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türkiyə və Rusiya İdlib məsələsində qətiyyətlidir

15.03.19, 7:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin tərəfindən imzalanan, Suriya məsələsində “masadakı ən yaxşı kartlardan biri” kimi dəyərləndirilən İdlib razılaşması Əsəd rejiminin bölgəyə müdaxiləsindən sonra yeni bir böhrana sürüklənir. Milyonlarla dinc insanın köç dalğasına səbəb olması kimi tragedik bir vəziyyət yaranıb. Bununla yanaşı, Türkiyə üçün ciddi bir təhlükəsizlik riski meydana gəlib.
Rəsmi Ankara bu riski diqqət mərkəzinə çəkib Fərat çayının şərqindəki terrorçulara qarşı planlaşdırılan hərəkatı İdlibə istiqamətləndirə bilər.
Türkiyənin İdlib məsələsində fərqli narahatlıqları var. Burada əsas yanaşma insan faktorudur. İdlibdə 4 milyona yaxın dinc sakin yaşayır və Əsəd rejimin müdaxilələri bu insanların kütləvi miqrasiyasına səbəb ola bilər. Türkiyə də ölkəsinə doğru gələcək daha bir köçün qarşısını almaq, həm də həmin insanların normal həyatlarından qopmamaq üçün üstünlüyünü bu bilgiyə verəcək. Türkiyə üçün bölgədə sabitliyin təmin edilməsi çox önəmlidir. Medalın digər üzü isə Türkiyənin sərhəd təhlükəsizliyidir. Çünki köç dalğasının içinə sızan terror ünsürləri Türkiyə torpaqlarına daxil ola və terrorçu fəaliyyətlərinin coğrafi əhatəsini genişləndirə bilərlər.
Rusiyalı siyasi ekspert Andrey Çuprıqin Rusiyanın İdlibdə Türkiyə razılığı əsasında Nüsrə Cəbhəsinə qarşı əməliyyatını şərh edərkən deyib ki, Türkiyə və Rusiya İdlib məsələsində qətiyyətlidir.
“Rusiyanın istənilən əməliyyatı Türkiyə ilə koordinasiya etməsi olduqca önəmlidir. Nöqtə vuruşunun həyata keçirilməsi terrora qarşı əməliyyatın bir hissəsidir. Bu əməliyyatın koordinasiya edilməsi çox yaxşı oldu. İdlib Türkiyə və Rusiya üçün olduqca önəmlidir. Çünki bu şəhər Türkiyənin sərhəd təhlükəsizliyinə təhdid yaradan amilin mənbəyidir”, - deyə ekspert bildirib.
Qeyd edək ki, Rusiya Hərbi Hava Qüvvələri Hmeymim aviabazasına hücum hazırlayan Nüsrə Cəbhəsinə aid silah-sursat anbarını məhv etmişdi.
Bu əməliyyat Türkiyənin razılığı əsasında baş tutmuşdu.

Bu xəbər oxundu
- - -