Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Sem dayı” kimdir?

18.03.19, 9:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Amerikanın simvoludur, yoxsa tarixi şəxsiyyət?

“New York Times” iş qabiliyyətsizliyi ilə bağlı dövlətin pul yardımını alanlara xəbərdarlıq edib: “Sem dayı, sosial şəbəkələrdə sənin dostun olmaya da bilər”. Bu xəbərdarlıq 1852-ci ildən bəri Birləşmş Ştatlara təhkim olunmuş ayama – “Sem dayı” gününün bayram edilməsi şərəfinə səslənib. “Strateq” yazır ki, “Sem dayı” qəzetin oxucuları üçün ABŞ hökumətidir. Bununla belə, “Al Jazeera”nin təmasda olduğu adamların çoxu nə Sem dayınını əsil kimliyini, nə də bu ayamanın meydana çıxma tarixini bilir.
“Sem dayı” son 100 ildə Amerikanın bir çox mallarının qabağa çəkilməsi üçün rəmz olub. O, qida məhsullarının qabında təsvir olunub və sığorta xidmətlərinin irəlilədilməsi üçün istifadə edilib. “Sem dayı”nın təsviri daha çox Amerika hərbçilərinin reklamıyla, o cümlədən məşhur “Sən Birləşmiş Ştatların ordusuna gərəksən” plakatıyla səsləşir. О, daha çox gənc könüllünü Amerika ordusuna xidmətə cəlb etməliydi.
“Sem dayı” ifadəsi bir çox mahnılarda səslənir, bu obraz Amerikanın yüzlərlə qəzetində karikaturalarda istifadə olunur, onun heykəlini isə onlarla muzeydə, bütün Amerika üzrə xeyli şəhər və kəndin mərkəzində görmək olar.
Afroamerikalı Qay Filikis yük maşını sürücüsü işləyir və Vaşinqtona bitişik Silver-Sprinq bölgəsində yaşayır. “Al Jazeera”-nin müxbirləri Sem dayınını təsvirini ona göstərərkən onun kim olduğunu bilmədiyini deyib. Filikis qeyd edib: “O mənə öz fermalarında yoxsulların və hüquqsuz afrikalıların əməyindən istifadə edən quldarlardan birini xatırladır”. Vaşinqtondakı orta məktəbin musiqi müəllimi Den Diqqs nağıl edib: “Sem dayınını təsviri hökumətin gəncləri orduya yığmaq üçün səyləri fəallaşdırdığı Vyetnam savaşını yada salır”.
Diqqs boynuna alıb ki, bu personajın nə tarixiçəsini, nə də meydana çıxma tarixini bilir. Konqres 1961-də qanun qəbul edib – buna əsasən, “Sem dayı” Birləşmiş Ştatların simvolu olub və Amerikanın 1812-ci il hərbi səyləri çərçivəsində onun gətirdiyi faydanı etiraf edib.
Keçən illər ərzində “Sem dayı”nın bir-birinə zidd bir neçə təsviri meydana çıxıb, amma ən məşhuru Tomas Nastın 1917-ci il tarixli rəsmidir. O, könüllülərin Amerika ordusuna cəlb edilməsi üçün istifadə olunub. Bütün ölkəboyu, özəlliklə güney ştatlarda gənclərin Birləşmiş Ştatların ordusuna yığılması üçün mərkəzlər açılmışdı.
Güney Karolinada doğulmuş vaşinqtonlu hüquqşünas Matias Kapçou deyir: “Kollecdə təhsil illərində orduya yığım üzrə müxtəlif tədbirlərdə həmişə “Sem dayı”nın təsvirni görərdik – təşkilatçılar tələbələri hərbi qulluğa cəlb etmək üçün onun obrazından istifadə edərdilər”. Eyni zamanda “Sem dayı” gəncləri orduda xidmətdən uzaqlaşdırırdı, çünki mərkəzi hökuməti rəmzləşdirirdi.
Kapçou əmindir ki, “Sem dayı”nın tarixini yaxşı bilir və onu görkəmli silah alverçisi və dövlətə vətəndaşlar tərəfindən yaxşı dəstək sayır. Amerika hökuməti 1917 və 1918-ci illər arasında gəncləri I dünya savaşına səfərbər etmək məqsədilə dörd milyon plakat çap edib. Eyni şey II dünya savaşı zamanı təkrar olunub.
Vaşinqtonda ictimai səhiyyə sahəsindəki qeyri-kommersiya təşkilatının əməkdaşı Linn Kouenin etirafına görə, “Sem dayı” personajının arxasında tarixi şəxsiyyətin durduğunu bilmirdi. Ona elə gəlirdi ki, hökumət onu öz məqsədlərinə çatmaq üçün uydurub.
“Sem dayı” hər şeydən qabaq ABŞ hökumətini simvollaşdırsa da, müxtəlif siyasi, mədəni və başqa tədbirlərdə istifadə olunsa da, “Al Jazeera” müxbirlərinin diqqətini Merilənd ştatının Montqomeri qraflığındakı avtoməktəb cəlb edib. Bu məktəb bu personajın şərəfinə adlandırılıb. Məktəb direktorundan “Sem dayı”nın kimliyi haqda soruşanda aydınlaşdı ki, bu personajın meydanaçıxma tarixi, onun uydurmamı, ya gerçəkmi olduğu haqda heç nə bilmir. “Sem dayı”nın müxtəlif dövrlərdəki populyarlığına baxmayaraq, amerikalıların çoxu onun kim olduğunu bilmir. Bununla belə, o, gerçək tarixi şəxsiyyətdir.
1812-ci il Amerika-İngiltərə savaşı zamanı Amerika hərbçiləri kəskin ərzaq qıtlığı hiss edəndə konserv mağazasının sahibi olan Semuel Uilson və ya Sem Uilson adlı federalçı amerikalıları xilas etməyə cumub. Sem qovyadin dolu çəlləklər göndərib və yaranan ABŞ hökumətini nəzərə almaqla onların üzərinə iki hərfdən ibarət (US) möhür vurub. Amma çoxları düşünürdülər ki, bu hərflər Sem dayının adını (Uncle Sam) bildirir. Amerika hökumətini indiyədək “Sem dayı” adlandırırlar.

Bu xəbər oxundu
- - -