Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Xonça müsabiqəsi”nin qalibləri mükafatlandırılıb

19.03.19, 11:48
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bakı Slavyan Universitetində (BSU) Novruz bayramına həsr olunmuş fakültələrarası “Xonça müsabiqəsi” keçirilib. BSU-dan bildirilib ki, tədbirdə elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov dünyada sülh və birgəyaşayışın təmin edilməsi məqsədilə hər kəsi Novruzun aşıladığı milli dəyərləri qorumağa və onları gələcək nəsillərə ötürməyə çağırıb, bayram münasibətilə iştirakçıları təbrik edib.
Bayram tədbirində “Xonça müsabiqəsi”nin qalibləri mükafatlandırılıb. “Çeşidli xonça” nominasiyası üzrə filologiya və xarici dil müəllimliyi fakültəsi, “Möhtəşəm xonça” nominasiyası üzrə Azərbaycan filologiyası və jurnalistika fakültəsi, “Qədim üslublu xonça” nominasiyası üzrə beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi, “Kreativ xonça” nominasiyası üzrə pedaqoji fakültə, “Bəzəkli xonça” nominasiyası üzrə tərcümə fakültəsi, “Gözəl və bərəkətli xonça” nominasiyası üzrə əlavə təhsil və qiyabi şöbə, “Zövqlü xonça” nominasiyası üzrə magistratura şöbəsi qalib gəlib. Qaliblər diplomla təltif olunublar. Sonra tələbələr mahnılar oxuyub, birlik rəmzi olan “Yallı” rəqsini ifa ediblər.
Qeyd edək ki, müsabiqədə sərgilənən xonçalar və bayram süfrəsinə lazım olan ərzaqlar YAP Gənclər Birliyinin xeyriyyə qrupu üzrə məsul nümayəndəsi Günay Əhmədovanın təşkilatçılığı ilə toplanılıb. Xonça və ərzaqlar “SOS Uşaq Kəndi”nə və aztəminatlı ailələrə paylanılacaq.

Bu xəbər oxundu
- - -