Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Baş nazir sülh danışılarına hazır deyil”

15.04.19, 10:25
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Ermənistanın baş naziri Nikol Paşinyan sülh danışıqlarına hazır deyil. O, sülh istiqamətində addım atacağı təqdirdə hakimiyyətdən devrilmək qorxusunu yaşayır”. Bu fikirləri millət vəkili Asim Mollazadə deyib. Deputatın sözlərinə görə, Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində real planı yoxdur: “Bu planın olmaması nəticəsində Ermənistan tərəfindən münaqişə ilə bağlı müxtəlif fikirlər irəli sürülür. Nəticədə də real sülh prosesi ilə bağlı addım atılmır”. A.Mollazadə söyləyib ki, Paşinyan münaqişənin həlli istiqamətində müxtəlif fikirlər irəli sürməklə diqqəti yayındırmağa çalışır: “Beynəlxalq ictimaiyyətdə bu istiqamətdə addım atmır. Əslində beynəlxalq ictimaiyyət Paşinyandan soruşmalıdır ki, onlar niyə BMT-nin qətnamələrini yerinə yetirmirlər? Avropada münaqişənin həlli ilə bağlı addımların atılması o qədər də gündəmdə deyil. Çox zəngin erməni diasporu Avropada siyasi korrupsiya mexanizmlərindən istifadə edərək Ermənistana dəstək göstərməkdədir”. Paşinyanın AŞPA-da Türkiyə ilə
münasibətləri yaxşılaşdırmaqla bağlı fikirlərinə gəlincə deputat qeyd edib ki, Ermənistanın baş nazirinin bu cür çıxışlarının məqsədi gündəmi əsas problemdən yayındırmaqdır.

Bu xəbər oxundu
- - -