Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“AŞPA-da olan deputatlarımız Paşinyanın layiqli cavabını verməlidirlər”

15.04.19, 11:26
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Ümumiyyətlə Ermənistan baş naziri Nikol Paşinyan proqnoza çətin yatan bir adamdır”. Bunu politoloq Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, Paşinyan sülhdən danışır amma fürsət düşən kimi Azərbaycana qarşı qərəzli toxumlar səpməyə çalışır: “Onun bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) sərsəm çıxışı da bu qəbildəndir. Bununla belə bizim AŞPA-da olan deputatlarımız var və onlar Paşinyanın layiqli cavabını verməlidirlər. Təcavüzkar dövlət əgər təcavüzə məruz qalmış ölkəni tənqid atəşinə tutursa bizimkilər də gərək onun dərisini soysunlar. Həmçinin AŞPA-nın siyasi rəhbərliyinə də müraciət etməlidirlər ki, belə bir adam pozucu işlərlə məşğuldur. Düşünürəm ki, AŞPA-da Paşinyana qarşı söz deyə biləcək qüvvələrimiz var və onlar hərəkətə keçməlidirlər. Onlar heç cür dünya ictimaiyyətinin fikirlərini də çaşdıra bilməzlər. Çünki Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin 4 qətnaməsi var. Bununla belə ATƏT-in Minsk Qrupu münaqişə ilə bağlı danışıqlar aparır və s. Sadəcə olaraq onun həlli yolları barədə fərqli fikirlər səsləndirilir”.

Bu xəbər oxundu
- - -