Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycanın hücuma keçməsinə heç bir maneə yoxdur”.

15.04.19, 12:42
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bu sözləri erməni politoloq Edvard Antinyan “Araçin Lratvakan” informasiya agentliyinə müsahibəsində deyib.
Antinyan ilk növbədə Vyanada iki ölkə rəhbərlərinin görüşü, “yeni ərazilər müqabilində yeni müharibə” bəyanatı və bundan sonra müharibə ritorikasının kəskinləşməsinə münasibət bildirib.
O, Tonoyanın məlum təxribatçı bəyanatını məsələnin güc yolu ilə həllinə qarşı xəbərdarlıq kimi pərdələyib. Həmçinin Ermənistan Milli Təhlükəsizlik xidmətinin rəhbəri Artur Vanetsyanın da işğal edilmiş Qarabağda olarkən bu cür bəynatla çıxış etdiyini xatırladıb.
Erməni jurnalsitin yenidən “Müdafiə naziri heç bir səbəb olmadan bu cür bəyanatla çıxış etməz” verdiyi sualına Antinyan çaşqınlıqla cavab verib: “Bəlkə də Azərbaycan tərəfinin hücuma hazırlaşması barədə məlumatlar vardı və buna görə də o, qabaqlayıcı bəyanat verib”.
Səngərdə qulluq vəziyyətindən imtina edilməsini hərbi doktrinanın tələbi kimi dəyərləndirən xərbər agentliyinin əməkdaşı, xüsusi əməliyyatlar həyata keçirən bölmələrin yaradılmasına aydınlıq gətirilməsini xahiş edib.
Erməni politoloq bu suala cavab verərkən qeyd edib ki, hərbi doktrinada dəyişikliklərin edilməsi barədə danışmağa tələsməməyi tövsiyyə edib. Bunu diqqətsiz addım hesab etdiyini vurğulayan Antinyan bildirib ki, konstitutsiyada dünya ölkələri ilə xoşməramlı ünsiyyət qurulması barədə yazıldığını, bununla da hücum əməliyyatlarına hazır olunsa da, ilk hücum edən tərəf olmamalı olduqlarını qeyd edib.
Münaqişə zonasında ciddi gərginlik ola biləcəyi ilə bağlı Antinyan Azərbaycanın hücuma keçməsinə heç bir maneə olmadığını söyləyib.
“Müharibənin başlamaması üçün beynəlxalq oyunçuların Azərbayacana dəstək verməsinin qarşısı alınmalıdır. Vyana görüşü heç bir məsələni həll etməyib”, - deyə o əlavə edib.
Münaqişənin həllinə daha qlobal qüvvələrin strateji maraqları hökmündən baxmağın lazım olduğu, o cümlədən Rusiya-Qərb diplomatiyası, Moskva tərəfindən bölgədə Sovet təsirini saxlamaq imkanlarına səy göstərməsinə dair münasibət bildirərkən isə Antinyan deyib ki, bu gün bölgədə ciddi, yenidən nizamlanma prosesləri gedir.
“ATƏT-in Minsk qrupu həmsədrləri, Rusiya, ABŞ və Fransanın simasında Avropa qarşılıqlı razılıq əsasında masa ətrafında oturub, danışıqlar aparaq desə də, bu bölgədə hər üç tərəfin maraqlarının üst-üstə düşməsi demək deyil. Belə bir şey ola bilməz. Münaqişələr çox dərindir. Rusiyaya qarşı sanksiyalar tətbiq edildiyini, Türkiyənin Rusiya tərəfinə keçməyə cəhd etdiyini, bunun isə öz növbəsində təbii olaraq ABŞ-ın xoşuna gəlmədiyini unutmaq olmaz. İran ətrafında gərginlik davam edir. Bir sözlə bölgədə təmamilə yeni vəziyyət yaranıb. Həmsədrlər münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün mümkün olan hər şeyi edəcəklərinə dair bəyanat versələr də, münaqişənin tənzimlənməsi üçün tərəflərin məqbul hesab edə biləcəyi bir variant yoxdur”, - deyə Antiyan sözlərinə yekun vurub.
Qeyd edək ki, Azərbaycan və Ermənistanıb xarici işlər nazirlərinin son görüşündən sonra işğalçı ölkədə münaqişənin həlli ilə bağlı müzakirələr genişlənib.
Bəzi erməni ekspertlərinin sözlərinə görə, münaqişənin sülh yolu ilə tənzimlənməsi o qədər də qeyri-real deyil. Ekspertlərin bir hissəsi isə tərəflərin mövqelərinin bir-birindən ciddi fərqləndiyinə görə, münaqişənin yeganə həll yolunun müharibə variantı olduğunu bildirirlər.
Ermənistan Xarici İşlər nazirinin keçmiş müavini, fövəladə və səlahiyyətli səfir Arman Navasardyan erməni KİV-lərinə verdiyi müsahibəsində, Lavrovun bu danışıqlarda iştirakının bir "əlamət" olduğunu qeyd edib.
"Hesab olunur ki, əgər Lavrov bu danışıqlara gedirsə, deməli hər hansısa bir təklifi var. Ermənistan tərəfinin danışıqlarda Qarabağın (qondarma qurum-red.) təmsil olunmasında təkid etməsini nəzərə alsaq, bu danışıqlarda hər hansısa bir irəliləyişin əldə oluna biləcəyini deməkdə çətinlik çəkirəm", - deyə o bildirib.
Navasardyan əlavə edib ki, yaxın gələcəkdə dəyişiklik gözləmək tezdir.
Erməni politoloq Armen Vardanyanın fikrincə, Xarici İşlər nazirlərinin görüşündən böyük irəliləyiş gözləmək olmaz.
O, həmçinin Rusiya tərəfinin ayrıca, ikili gündəliyini "Lavrov planı" adı altında irəli sürməyə səy göstərdiyini qeyd edib: "Bu barədə yalnız ABŞ-ı təmsil edən sabiq həmsədr Riçard Hoqland bəyan edib. O bildirmişdi ki, Lavrov planı əvvəlki "Madrid prinsipləri"nə uyğundur. Burada yalnız bir fərq var ki, bu da statusun qeyri-müəyyən vaxta qədər təxirə salınmasıdır. Elə bu səbəblərə görə də plan Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən təxirə salınıb".
Vardanyan 2016-cı ilin aprel ayından sonra Vyana, daha sonra Sankt Peterburq görüşlərini xatıladır.
"Yəni daimi gündəliklə yanaşı, Rusiya hər dəfə öz gündəliyini də irəli sürür. Danışıqlar prosesi müəyyən mənada dalana dirənmiş vəziyyətdədir. Hazırda danışıqların nə barədə aparıldığı məlum deyil. Hazırda iki variant var: ya Qarabağ adından Ermənistan çıxış etməli, yaxud da qeyri-formal danışıqlar davam etdirilməldir. Hazırda Ermənistanın danışıqlara hansı seçimlə getdiyini demək çətindir. Hətta biz bunun danışıqlar, yoxsa sadəcə görüş olduğunu belə bilmirik", - deyə o sözlərini yekunlaşdırıb.

Bu xəbər oxundu
- - -