Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Qanun”un əməkdaşları istintaqa çağırılıb

03.03.14, 15:26
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Qanun" Nəşriyyatı ilə əməkdaşlıq edən bir neçə nəfər Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə çağırılıb.
Nəşriyyatın direktoru Şahbaz Xudoğlunun APA-ya verdiyi məlumata görə, departament tərəfindən xəbərdarlıq bu gün göndərilib: "Mənə müraciət etdilər ki, bizimlə əməkdaşlıq edən bir neçə nəfər Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində dindirilməlidir. Həmin şəxslərin siyahısına yazıçılar - Nəriman Əbdülrəhmanlı, Azər Abdulla, Nadir Qocabəyli və "Qanun" nəşriyyatının əməkdaşları Gülşən Divani, Çiçək Atakişiyeva, Rafiq Mustafayev, Lətafət Qurbanova, Aygün Hüseynova daxildir".
Qeyd edək ki, ötən il noyabrın 1-də vergi qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə nazirliyin Vergi Auditi Departamenti tərəfindən "Qanun" Nəşriyyat Evində vergi yoxlamasına başlanılıb.
Nəşriyyat 150 min manat cərimə olunub.

Bu xəbər oxundu
- - -