BAXCP sədri Elçibəy ailəsinə başsağlığı verib Hadisə

BAXCP sədri Elçibəy ailəsinə başsağlığı verib

Həlimə xanımın vaxtsız vəfatı Əbülfəz Elçibəyi sevən bütün insanlar kimi məni də dərindən sarsıtdı.
Bu sözləri BAXCP-nin mətbuat xidmətinə açıqlamasında partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
BAXCP sədri bütün partiya üzvlərinin Həlimə xanımın vəfatından kədərləndiklərini bildirib: “Əbülfəz Elçibəyin ailə üzvlərinə, onu sevən hər kəsə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin”.