Elçibəyin xanımının cənazəsi Naxçıvana gətirildi Hadisə

Elçibəyin xanımının cənazəsi Naxçıvana gətirildi

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin Türkiyənin İstanbul şəhərində vəfat etmiş həyat yoldaşı Həlimə Əliyevanın cənazəsi Naxçıvana gətirilib.
Report-un xəbərinə görə, cənazə xüsusi təyyarə reysi ilə Naxçıvana çatdırılıb, daha sonra "Təcili yardım" avtomobili ilə Ordubad rayonunun Kələki kəndinə aparılıb. Cənazəni mərhumun yaxınları ilə yanaşı, sabiq baş nazir Pənah Hüseyn, Müsavat Partiyasının başqanı Arif Hacılı, KXCP sədri Mirmahmud Mirəlioğlu, mərhum Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov və başqaları müşayiət edib.
Həlimə xanım bu gün Kələki kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Dəfn mərasimində Türkiyə Böyük Millət Məclisinin üzvlərinin də iştirak edəcəyi gözlənilir.