Elçibəyin xanımının yas mərasimi təşkil olunacaq - Vaxt və yer Hadisə

Elçibəyin xanımının yas mərasimi təşkil olunacaq - Vaxt və yer

İyunun 14-də İstanbulda vəfat edən Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva üçün Bakıda yas mərasimi təşkil olunacaq.
Bu barədə Elçibəyin kürəkəni Aqil Səmədbəyli Feysbukda məlumat yayıb.
Mərasim iyunun 22-də Heydər məscidində saat 10:00-dan başlayaraq, axşama qədər davam edəcək.