Milli Mətbuat Günü münasibətilə keçirilmiş müsabiqənin nəticələri təsdiq edilib Hadisə

Milli Mətbuat Günü münasibətilə keçirilmiş müsabiqənin nəticələri təsdiq edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının Azərbaycan Milli Mətbuatının yaranmasının 144-cü ildönümü münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinin müzakirəsinə və təsdiqinə həsr olunmuş iclası keçirilib.
Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdə olan məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.
İcraçı direktor müsabiqənin 2019-cu il iyunun 8-dən iyulun 12-dək Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqamət üzrə keçirildiyini, müsabiqəyə 56 KİV-dən 142 yazının təqdim edildiyini bildirib.
Sonra müsabiqənin ekspertlərin rəyləri əsasında hazırlanmış yekun nəticələri iclasın müzakirəsinə təqdim edilib. Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Bəhruz Quliyev, Ramiz Əskər, İntiqam Hümbətov, Ayaz Mirzəyev, Əvəz Rüstəmov və Rasim Həsənov Fondun keçirdiyi fərdi jurnalist yazıları müsabiqələrinin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyini stimullaşdırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd ediblər.
Müzakirələrin yekununda müsabiqənin şərtlərinə uyğun olaraq 19 istiqamət üzrə qaliblər elan edilib, ümumilikdə 111 nəfər jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunub.
Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu istiqaməti üzrə "Səs" İnformasiya Agentliyinin müxbiri Bağırov Mamed Abbas oğlu birinci, "Kaspi" qəzetinin müxbiri Məmmədova Xəyalə Rəis qızı, "Yeni Azərbaycan" qəzetinin müxbiri Ramazanov Qaşqay Ziyəddin oğlu ikici, "Paralel" qəzetinin müxbiri Mehtiyeva Səkinə Nizaməddin qızı və "Qələbə" qəzetinin baş redaktoru Məlikov Rüstəm Sadıq oğlu üçüncü yerə layiq görülüblər.
Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqaməti üzrə "Aşkarlıq" qəzetinin baş redaktoru Əhədov Ehtibar Əliağa oğlu birinci, "Bakı-Xəbər" qəzetinin baş redaktor müavini Səfərova Samirə Məmmədhənifə qızı və "Xalq Cəbhəsi" qəzetinin müxbiri Şahverdiyev Cavid Nadir oğlu ikinci, "Xalq qəzeti"nin müxbiri Bayramov Vaqif Binyat oğlu, "Səs" İnformasiya Agentliyinin müxbiri Hacıyev İnam İmran oğlu üçüncü olublar.
İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması istiqaməti üzrə birinci yerə "525-ci qəzet"in şöbə müdiri Tağıyev İlqar Vaqif oğlu layiq görülüb.
"Oxu məni" qəzetinin müxbiri Mustafayev Əziz Salam oğlu, "Avtosfer.az" saytının baş redaktoru Muradov Elməddin Nadir oğlu və "Üç nöqtə" qəzetinin redaktoru
Əfəndiyev Pünhan Şövkət oğlu üçüncü olublar.
İctimai və dövlət maraqlarının müdafiəsi "Yeni Müsavat" qəzetinin müxbiri Ağayev Etibar Rafiq oğlu birinci, "Kaspi" qəzetinin müxbiri Cəfərova Aygün Əzizağa qızı, "Trend" İnformasiya Agentliyinin müxbiri Güləliyev Samir İntiqam oğlu ikinci, "Paralel" qəzetinin müxbiri Orucova Nigar Vaqif qızı, "Bakı Xəbər" qəzetinin müxbiri Sarıyeva İradə Murad qızı üçüncü yerə layiq görülüblər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi istiqaməti üzrə "Xalq qəzeti"nin müxbiri Əliyev Anar Əliheybət oğlu birinci, "AZƏRTAC" İnformasiya Agentliyinin bölgə müxbiri Ağaməmmədov Tahir Əlyar oğlu, "Palitra" qəzetinin müxbiri Hüseynzadə Fuad Abı oğlu ikinci, "Xocalının səsi" qəzetinin redaktoru Quliyev Qalib Bəyməmməd oğlu, "İlkxeber.org" saytının baş redaktoru Əhmədov Xanoğlan Əlüseyn oğlu və"İki sahil" qəzetinin müxbiri İlyasov Vəli Yusif oğlu üçüncü olublar.
Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi istiqaməti üzrə "Palitra" qəzetinin şöbə müdiri Miriyev Anar Barat oğlu birinci, "Teleqraf.com" saytının redaktoru Xəlilov Ruslan Qaçay oğlu, "Bizimyol.info" saytının müxbiri Məmmədova Gülnarə Əmir qızı ikinci, "Şərq" qəzetinin müxbiri
Qocayev İsmayıl Arif oğlu, "Mədəniyyət" qəzetinin müxbiri Ələkbərova Lalə İmamverdi qızı, "Yeni Azərbaycan" qəzetinin müxbiri Qələndərov Nurlan Vəli oğlu üçüncü yerə layiq görülüblər.
Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması istiqaməti üzrə "Şərq" qəzetinin baş redaktor müavini Yusubov Yusif Hacı oğlu birinci, "Kaspi" qəzetinin baş redaktor müavini Əliyev Məğrur Möhtərəm oğlu, "Mövqe" qəzetinin müxbiri Sultan Rüfət Nadir oğlu ikinci,
"Trend" İnformasiya Agentliyinin müxbiri İsabalayeva İlhamə Qismət qızı, "Bakı-Xəbər" qəzetinin müxbiri Cəlilova Günel İsa qızı və "Xalq qəzeti"nin müxbiri Əliyev Qabil Yusif oğlu üçüncü olublar.
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqaməti üzrə "İki sahil" qəzetinin müxbiri Qaçayeva Nilufər Mustafa qızı birinci, "Mövqe" qəzetinin müxbiri Kərimova Sevda Mənsim qızı, "Yenicag.az" saytının müxbiri Zeynalov Araz Məhər oğlu ikinci, "525-ci qəzet"in müxbiri Cəfərova Sevinc İsmayıl qızı, "Səs" İnformasiya Agentliyinin müxbiri Hacıyeva Minarə İsa qızı üçüncü yerə layiq görülüblər.
Azərbaycançılıq ideyasının təbliği istiqaməti üzrə "Bərdə" qəzetinin redaktoru
Məmmədov Elbrus Şamil oğlu birinci, "Yeni Azərbaycan" qəzetinin şöbə redaktoru Hümmətov Aqşin Şahin oğlu, "Oxu.az" İnformasiya Agentliyinin müxbiri Soltanova Könül Tarix qızı ikinci, "Xalq Cəbhəsi" qəzetinin müxbiri İmaməliyev Elçin Qalib oğlu, "Mövqe.az" saytının müxbiri Novruzov Novruz İbrahim oğlu üçüncü olublar.
Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi istiqaməti üzrə "The Business Times" qəzetinin baş redaktoru Nurullayeva Nəzirə Rafiq qızı birinci, "Xalq qəzeti"nin müxbiri Bədəlov Əliqismət Əjdər oğlu, "İki sahil" qəzetinin müxbiri Rəsulov Qvami Məhəbbət oğlu ikinci, "Səs" qəzetinin şöbə müdiri İsmayılov Qismət Eyyub oğlu, "Yeni Azərbaycan" qəzetinin müxbiri Abdullayev Mübariz Əhməd oğlu və "Mövqe" qəzetinin müxbiri Cəfərov Vasif Məmməd oğlu üçüncü yerə layiq görülüblər.
İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi istiqaməti üzrə "Həftə içi" qəzetinin redaktoru Əliyev Azad Akif oğlu birinci, "Bakı-Xəbər" qəzetinin müxbiri Qəribli Məhəmmədəli Qərib oğlu, "Səs" qəzetinin baş redaktor müavini ikinci, "AZƏRTAC" İnformasiya Agentliyinin bölmə müdiri Həsənov Ziyadxan Qaryağdı oğlu, "Kaspi" qəzetinin müxbiri Əhmədova Aygün Asim qızı və "Olaylar" qəzetinin müxbiri İsmayılbəyli Süleyman Nəbi oğlu üçüncü yerə layiq görülüblər.
Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi istiqaməti üzrə "Xalq Cəbhəsi" qəzetinin müxbiri İbrahimov Əli Zülfüqar oğlu birinci, "Paralel" qəzetinin baş redaktor müavini Abbaslı Tahir Tapdıq oğlu, "Üç nöqtə" qəzetinin müxbiri Nəbili Emin Ağahüseyn oğlu ikinci, "Yeni Müsavat" qəzetinin müxbiri Salmanova Nərgiz Allahverən qızı, "Azad Azərbaycan" qəzetinin şöbə müdiri Qədimov Cavanşir Yusif oğlu və "Səs" qəzetinin şöbə müdiri Bayramova Zümrüd Aləddin qızı üçüncü yerə layiq görülüblər.
Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
istiqaməti üzrə "Paralel" qəzetinin müxbiri Həsənov Vaqif Cəlil oğlu birinci, "Yeni Azərbaycan" qəzetinin müxbiri İsmayılov Pərviz Saday oğlu, "Palitra" qəzetinin müxbiri Tağıyev Tural Rasim oğlu ikinci, "Respublika" qəzetinin müxbiri Əliyeva Məhbarə Vəli qızı, "Səs" İnformasiya Agentliyinin redaktoru İsmayılova Tünzalə Eldar qızı və "Şəmkir" qəzetinin redaktoru Qasımov İlyas Xurşud oğlu üçüncü olublar.
Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması istiqaməti üzrə "Modern.az" saytının müxbiri Qasımova Gülşən Rayub qızı birinci, "Kaspiy" qəzetini şöbə müdiri Əliyeva Qaliya Sosialovna, "525-ci qəzet"in müxbiri
Abasov Ceyhun Abas oğlu ikinci, "Publika.az" saytının redaktoru Rzayev Nizam Abdulbağı oğlu, "Ekspress.az" saytının müxbiri Məmmədova Aynurə Kamil qızı və "Olimpiya dünyası" qəzetinin şöbə müdiri Hakıyeva Səadət Zifi qızı üçüncü olublar.
Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə "İdman" qəzetinin müxbiri Aşırova Aynurə Pənah qızı birinci, "Mövqe" qəzetinin müxbiri Abuşova Elnurə Nurəddin qızı, "Report" İnformasiya Agentliyinin redaktoru Məmmədov Elşən Ağamirzə oğlu ikinci, "Oxu.az" İnformasiya Agentliyinin müxbiri Xankişiyeva İlhamə Əbülfət qızı, "Palitra" qəzetinin müxbiri Abdullayeva Nigar Nizami qızı və "Paralel" qəzetinin müxbiri Əsədli Züleyxa Ələkbər qızı üçüncü yerə layiq görülüblər.
Ekologiya və ətraf mühitin mühafizəsi istiqaməti üzrə "Ədalət" qəzetinin müxbiri Mahmudlu Sübhan İlqar oğlu birinci, "Həftə içi" qəzetinin müxbiri Tağıbəyli Vüsal Vaqif oğlu, "Olaylar" İnformasiya Agentliyinin şöbə müdiri Oğuz Aysel Yunus qızı ikinci, "İki sahil" qəzetinin bölmə müdiri Namazov Elçin Sabir oğlu, "Lənkəran" qəzetinin müxbiri Babayev Ağaddin Abdulla oğlu və "Yeni Tərtər" qəzetinin baş redaktoru Hüseynov Tofiq Yusif oğlu üçüncü olublar.
Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi istiqaməti üzrə "Yeni Azərbaycan" qəzetinin şöbə redaktoru İsmayılov Nadir Nəbi oğlu birinci, "azim.az" saytının baş redaktoru Rəhimov Təbriz Kamal oğlu, "Kür" qəzetinin müxbiri Cəfərov Natiq Nəriman oğlu ikinci, "Kaspi" qəzetinin müxbiri Mehdizadə Şəbnəm İsmixan qızı, "Respublika" qəzetinin şöbə müdiri Cavadov Nərman Əhməd oğlu və "Xalq cəbhəsi" qəzetinin redaktoru Zeynalov Mahir Həmzə oğlu üçüncü olublar.
Elm və təhsilin inkişaf etdirilməsi istiqaməti üzrə "Kaspi" qəzetinin müxbiri Məhərrəmova Təranə Sərdar qızı birinci, "Respublika" qəzetinin bölgə müxbiri Həsənov Əlisəfa Aqaxan oğlu, "İki sahil" qəzetinin baş redaktor müavini Bağırov Rəşad Bağır oğlu ikinci, "Paralel" qəzetinin baş redaktor müavini Bəşirova Şahnaz Saleh qızı, "Sabahinfo.az" saytının baş redaktoru Ədilzadə Ədil Tahir oğlu və "Səs" qəzetinin şöbə müdiri Rəhimli Zakir Ədalət oğlu üçüncü olublar.
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqaməti üzrə "Sport Time" jurnalının redaktoru Rzabəyli Jalə Nuşirəvan qızı birinci, "Novoye Vremya" qəzetinin redaktoru Məmmədov Məzahir Zahid oğlu, "Mövqe" qəzetinin müxbiri Əliyeva Zeynəb Qəhrəman qızı ikinci, "AZƏRTAC" İnformasiya Agentliyinin müxbiri Quliyev Səxavət Şöhrət oğlu,
Əsədli Röyal Telman oğlu, "525-ci qəzet"in redaktoru Həsənov İsgəndər Aqil oğlu üçüncü olublar.