Azərbaycanda yerin təkindən istifadə ilə bağlı məhdudiyyət müəyyənləşib Hadisə

Azərbaycanda yerin təkindən istifadə ilə bağlı məhdudiyyət müəyyənləşib

Azərbaycanda yerin təkindən istifadə ilə bağlı məhdudiyyət müəyyənləşib.
Bununla bağlı “Yerin təki haqqında” qanuna dəyişiklik edilir. Dəyişikliyə əsasən, yerin təkindən istifadə hüququ verən icazənin sahibi icazədən yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz.
Yerin təkindən istifadə hüququ verən icazənin qüvvəsi icazə sahibinin təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərə, habelə icazənin sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.