Xəzər TV-də “Şarm Samira ilə” Hadisə

Xəzər TV-də “Şarm Samira ilə”

“Şarm” verilişi yenidən qayıdır. Proqram Xəzər TV-də həftənin şənbə günləri saat 15.40-da teleaparıcı Samirə Rəhimovanın təqdimatında yayımlanacaq. Əvvəlki layihələrdən fərqli olaraq “Şarm Samira ilə” təkcə gözəllik mövzusu ilə kifayətlənməyəcək. Müasir yaşam tərzinə uyğun istiqamətlərdə müxtəlif rubrikalar da hazırlanaq. Birbaşa reklam anlayışından uzaqlaşaraq daha çox maarifləndici çəkilişlər aparılmasına üstünlük veriləcək. Aparıcının qeyd etdiyinə görə, eyni zamanda sosial aləmin aktiv izləyiciləri belə veriliş vasitəsilə hədiyyələr də əldə edə biləcək.