Yaşı 25-dən aşağı olan şəxslər övladlığa uşaq götürə bilməyəcək Hadisə

Yaşı 25-dən aşağı olan şəxslər övladlığa uşaq götürə bilməyəcək

Azərbaycanda övladlığa uşaq götürmək istəyən şəxslərə yaş limiti qoyulur.
Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif edilir.
Sənədin 121-ci maddəsi (Övladlığa götürülən uşaq ilə övladlığa götürən arasında yaş fərqi) adı və bəndləri yeni redaksiyada verilir:
Belə ki, maddənin adı dəyişdirilərək “Övladlığa götürmək istəyən şəxslərə (şəxsə) dair yaş tələbləri” edilir.
Maddənin 121.1-ci bəndinə görə, ögey ata (ögey ana), habelə yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərin bacıları, qardaşları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olan şəxslərdən biri ( ər-arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30-dur.
121.2-ci bəndə görə isə ögey ata (ögey ana), habelə yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərin bacıları, qardaşları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olmayan şəxslə övladlığa götürülən uşağın yaş fərqi 18-dən az olmamalıdır.
Məcəlləyə dəyişiklik Milli Məclisin oktyabrın 22-də keçiriləcək iclasında müzakirə ediləcək.
Azərbaycanda övladlığa uşaq götürmək üçün 55 yaşadək olan şəxslərə üstünlük veriləcək.
Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif edilir.
Təklifə əsasən, Məcəllənin 121.3-cü bəndinə görə, övladlığa uşaq götürmək üçün azı 3 il nikahda olan, yaşı 35-dən yuxarı ər-arvada, 1 il müddətinə nikahda olan Azərbaycan vətəndaşlarına və azı 5 il müddətində nikahda olan əcnəbilər və vətəndaşlığı olmayan, yuxarı yaş həddi 55-dək olan şəxslərə üstünlük verilir.
Məcəlləyə dəyişiklik Milli Məclisin oktyabrın 22-də keçiriləcək iclasında müzakirə ediləcək.