Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar Hadisə

Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Birgə lay-quyu sistemində qazın süzülmə prosesinin modelləşdirilməsi” mövzusunda elmi seminar keçirilib.
İnstitutdan bildiriblər ki, seminarda tətbiqi riyaziyyat şöbəsinin aparıcı elmi işçisi Elxan Abbasovun mövzu üzrə məruzəsi dinlənilib. Məruzədə qazın süzülmə prosesinin inteqral modeli qurularaq quyuağzı təzyiqin dəyişmə qanunu nəzərə alınmaqla lay-quyu sistemində qazın birgə qeyri-stasionar hərəkət tənliklərinin həlli məsələləri diqqətə çatdırılıb. Qeyd olunub ki, quyunun ani olmayaraq bağlanması zamanı quyuağzı və quyudibi təzyiqlər tapılır. Lay-quyu sisteminin dinamik əlaqəsi və quyuya qaz axınının ani olmayaraq dayanması nəzərə alınmaqla təzyiqin bərpa əyrisini öyrənməyə imkan verən analitik ifadələr alınır.