Birinci yarımil üzrə qiymətləndirmə başa çatıb Hadisə

Birinci yarımil üzrə qiymətləndirmə başa çatıb

Ümumtəhsil məktəblərində 2019-2020-ci tədris ilinin I yarımili üzrə Böyük Summativ Qiymətləndirmə (BSQ) başa çatıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, BSQ-nin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.

BSQ vasitələri ümumtəhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanıb. BSQ məktəb rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllimlər tərəfindən aparılıb.
Qeyd edək ki, BSQ-nin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur, şagirdin yarımillik və illik qiymətlərinin hesablanması zamanı nəzərə alınır.