Məşhur “Sahil usta” karantinə alındı Hadisə

Məşhur “Sahil usta” karantinə alındı

Azərbaycanın məşhur avtomobil mütəxəssisi “Sahil usta” kimi tanınan Sahil Ağabəyli koronavirus şübhəsilə karatinə alınıb.
BakuPost xəbər verir ki, o, Naxçıvandan qayıdarkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanından bir başa karantin mərkəzinə aparılıb.
Usta faktı BakuPost-a təsdiqləyib. Bildirib ki, artıq bir həftədir, Bakı Olimpiya Stadionunun “Atletlər kəndi”də saxlanılır.
Azərbaycanda karantin müddəti 14-21 gündür.
Qeyd edək ki, Sahil Ağabəyli 106.3 FM-in ən reytinqli proqramlarından olan və tanınmış radio aparıcısı Raqif Raufoğlunun aparıcılıq etdiyi “Master-kalss” verilişinin daimi ekspertidir.