"Azercell" karantin dövründə “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidmətini pulsuz təqdim edir Hadisə

"Azercell" karantin dövründə “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidmətini pulsuz təqdim edir

Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq, "Azercell"in “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidmətini təqdim edir. Şirkətdən verilən məlumata görə, abunəçilər istifadələrində olan nömrənin rəsmi sahibini şirkətin müştəri xidmətləri ofislərinə yaxınlaşmadan müəyyən edə biləcəklər. Bunun üçün 6800 qısa nömrəsinə boş SMS göndərmək və ya telefonun ekranında *680#yes kombinasiyasını yığmaq kifayətdir. Cavab olaraq abunəçiyə nömrənin rəsmi sahibinə aid müvafiq bilgilər (ad, soyad və ata adı) göndəriləcək. Karantin dövründə "Azercell" abunəçiləri bu xidmətdən təmənnasız yararlana biləcəklər.
Onu qeyd edək ki, “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidməti yalnız fikizi şəxs olan abunəçilər üçün nəzərdə tutulub.