Azərbaycanda daha 4661 nəfər COVID-19 testindən keçib, onların 257-si pozitiv olub Hadisə

Azərbaycanda daha 4661 nəfər COVID-19 testindən keçib, onların 257-si pozitiv olub

Bu gün Azərbaycanda koronavirusla bağlı edilən test sayı 4661 olub.
TƏBİB-dən verilən məlumata görə, ümumilikdə ölkədə koronavirusla bağlı keçirilən test sayı 294 264-dür.
Qeyd edək ki, Azərbaycanda daha 257 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər vəfat edib. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 5246, vəfat edənlərin sayı 61, sağalanların sayı 3327-dir.
Hazırda 1858 aktiv koronavirus xəstəsinin 82-si reanimasiyadadır, 15 nəfər süni tənəffüs aparatına qoşulub.