Sabah Bakıda 37 dərəcə isti olacaq Hadisə

Sabah Bakıda 37 dərəcə isti olacaq

Azərbaycanda sabaha gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, 6 iyulda Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir, cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 32-37, Bakıda gecə 22-24, gündüz 35-37 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.
6 iyulda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə, Abşeron yarımadasında iyulun 6-7-də gündüz saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.