FHN Sumqayıtda zavodda baş verən yanğınla bağlı məlumat yayıb Hadisə

FHN Sumqayıtda zavodda baş verən yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt şəhərində SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunda baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən bildiriblər ki, hadisə nəticəsində zavodun ümumi sahəsi 1200 kvadratmetr olan qazayırma sahəsində qaztəmizləmə kolonunun içərisində yanacaq qalıqları yanıb. Digər avadanlıq, kommunikasiya xətləri və yaxınlıqdakı istehsalat sahələri yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın zamanı zavodun 7 əməkdaşı müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.