Bu 3 fənn üzrə müəllim işləmək istəyənlər üçün imtahan tarixi bəlli oldu Hadisə

Bu 3 fənn üzrə müəllim işləmək istəyənlər üçün imtahan tarixi bəlli oldu

Cari ilin 18-20 avqust tarixlərində Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat, musiqi və təsviri incəsənət fənləri üzrə müəllimlərin işə qəbulu ilə bağlı test imtahanı keçiriləcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, imtahanlarda iştirak edəcək namizədlərin şəxsi səhifələrinə artıq müvafiq məlumat göndərilib.

Digər fənlər üzrə imtahan məlumatları növbəti günlərdə hissə-hissə mütəmadi olaraq şəxsi səhifələrə göndəriləcək.

Xatırladaq ki, test imtahanlarında 46 228 namizəd iştirak hüququ qazanıb. Müvafiq ixtisas üzrə test imtahanının keçiriləcəyi tarix və yer barədə məlumat namizədlərin şəxsi səhifələrinə mərhələli qaydada göndəriləcək.

Test imtahanlarının Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilməsi nəzərdə tutulub. İmtahanlar təxminən 18 gün davam edəcək. Namizədlərə ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim ediləcək.