AMB inflyasiya proqnozunu azaldıb Hadisə

AMB inflyasiya proqnozunu azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti inflyasiya proqnozu azaldılma istiqamətində korrektə edib.

AMB-nin verdiyi məlumata görə bunu şərtləndirən əsas amil iyul və avqust aylarında deflyasiya olub. Sentyabrda yenilənmiş proqnozlara görə 2020-ci ilin sonuna inflyasiya 3-3,2% diapazonunda gözlənilir ki, bu da hədəf diapazonunun mərkəzindən aşağıdır.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda inflyasiyanın səviyyəsi 2,9% təşkil edib.