ETSN: Odunun bir kub metrinin 15 manata satılması nəzərdə tutulur Hadisə

ETSN: Odunun bir kub metrinin 15 manata satılması nəzərdə tutulur

Anbarlarımızda 10 min kub metrdən çox odun var.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, vətəndaşlara odunun bir kub metrinin 15 manata tədarük edilməsi nəzərdə tutulur: “Vətəndaş banka yaxınlaşaraq odunun bir kub metrinin qiymətini 15 manatdan olmaqla, ödəyir. Bundan sonra biz meşə buraxılışı orderi ilə meşədən odunun çıxarılmasına icazə veririk”.