Azərbaycandan Qazaxıstana ümumilikdə 446 nəfər yola salınıb Hadisə

Azərbaycandan Qazaxıstana ümumilikdə 446 nəfər yola salınıb

Pandemiya dövründə ümumilikdə 446 vətəndaş Bakı Limanından yola salınıb.

Bunu Bakı Limanının Baş direktoru Taleh Ziyadov deyib. Onun sözlərinə görə, bu şəxslər Azərbaycandan Qazaxıstana yollanıb:

"May ayının 13-dən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə mindikdən sonra Kurık Limanı Qazaxıstan vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 5 ay ərzində isə ümumilikdə 446 vətəndaş, onlardan 253-ü Qazaxıstan vətəndaşı və 193-ü xarici ölkə vətəndaşı olmaqla Bakı Limanından yola salınıb".