Nərgiz Cəlilova AzTV-də yeni vəzifəyə təyin olunub Hadisə
- 24 Sentyabr 2020 16:36
- 1 624
Azərbaycan Televiziyasında tanınmış teleaparıcı Nərgiz Cəlilovaya yeni vəzifə həvalə olunub.
AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, peşəkar teleaparıcı TV-də Aparıcılar qrupunun bədii rəhbəri vəzifəsinə təyin olunub.
Bu vaxta kimi N.Cəlilova AzTV-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında kafedra müdiri vəzifəsində çalışırdı. O, həm də bu vəzifəsində qalacaq.
Nərgiz Cəlilova yeni təyinatı ilə bağlı danışarkən deyib ki, Akademiyaya gələn tələbələr arasında efirə yaraşanları kifayət qədərdir: “Teleradio Akademiyasına gələn tələbələr arasında çox yaxşı nitqi, səlis danışıq qabiliyyəti, gözəl efir səsi olan, savadlı gənclər var. Lakin sanki arada itirlər. Ona görə seçilən uşaqlarla əlavə məşğul olub, müəyyən formatlara hazırlamaq lazımdır. Biz aparıcının daha çox nəyə qadir olduğunu, hansı proqrama yaraşdığını müəyyən etməliyik. Bu, əsas məsələlərdən biridir. Kimsə xəbər proqramı üçün uyğun deyilsə, onu həmin formata yönləndirsək, bu, həmin şəxsin özü üçün də yanlış olar, problemlər yarana bilər”.
N.Cəlilovanın sözlərinə görə, həm AzTV, həm “Mədəniyyət” kanalı, həm də İdman TV-nin aparıcıları ilə məşğul olacaq: “Çalışacağam ki, aparıcılarımızla daim təmasda olum, təcrübəmdən irəli gələrək bildiklərimi onlara çatdırım”.
Məlumat üçün bildirək ki, Nərgiz Cəlilova 1983-cü ildə Azərbaycan Dövlət Televiziyasında işə başlayıb. Daha sonra o, müxtəlif televiziyalarda aparıcı, prodüser və digər vəzifələrdə çalışıb.
-
Naxçıvan Muxtar Respublikasının baş naziri işdən azad olunub
-
Peter Siyarto: Ukraynadakı müharibə total uğursuzluqdur
-
Nazir müavini: Macarıstan şirkətləri Qarabağa yatırım etməkdə maraqlıdırlar
-
Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi
-
Xanada silah-sursat aşkar edilib
-
Hiss edirəm ki, qızıl medalla qayıdacam - Murad Fətiyev
-
Təbrizdə qadın azarkeşlərin stadiuma girişlərinə qadağa qoyulub
-
Azərbaycan və Qırğızıstan Prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
-
Macarıstan Azərbaycandan daha çox həcmdə təbii qaz almağı planlaşdırır
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 23 nəfər saxlanıldı
-
Rusiya müdafiə nazirinin müavinin əmlakına həbs qoyulub
-
Bu il neçə şəxsə sosial müavinət və təqaüd təyin olunub?
-
Macarıstanın azad olunmuş ərazilərin bərpasında iştirakı ilə bağlı plan hazırlanır
-
"Biz də Azərbaycanın komandasıyıq" Süngün Futbol Klubu
-
Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür
-
Rusiyadan NATO-ya xəbərdarlıq
-
Zakir Həsənov komanda-qərargah təlimlərini izlədi - FOTO/VİDEO
-
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası keçirilir - FOTO
-
Yanvar-mart aylarında Türkiyənin Qazaxıstana kimyəvi maddə ixracının həcmi açıqlanıb
-
Ölkədə may ayının 1-dən bu qadağa qüvvəyə minir
-
Premyer Liqa tarixində antirekord
-
Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
-
Biləsuvarda kişi çalışdığı mağazada öldü
-
Nərimanovda qadının mənzildə meyiti aşkarlanıb
-
Xankəndidə silah və sursatlar aşkarlandı
-
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
-
792 gündə Rusiya Ukraynada nələr itirib - Rəqəmlər
-
Laçına da şəxsi avtomobillə getmək mümkün olacaq
-
Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər ələ keçib
-
ABŞ-ın yardımı Ukraynaya qələbə qazandırmayacaq
-
Azərbaycanda vəkillərin sayı açıqlanıb
-
ABŞ-ın daimi nümayəndəsi Rusiyanı nüvə müharibəsini qızışdırmaqda ittiham edib
-
Azərbaycan nefti cüzi bahalaşıb
-
Rusiyada Bexterev xəstəliyinin müalicəsi üçün dünyada ilk dərman qeydiyyata alınıb
-
Amerikalı general: "NATO-nun Avropadakı təlimləri Rusiyaya qarşı keçirilir"
-
ABŞ və Niger Amerika qoşunlarının ölkədən çıxarılmasını müzakirə edəcək
-
Blinken: "ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır"
-
Bakıda bu yollarda tıxac var - SİYAHI
-
Yaşar Güler avstraliyalı həmkarı ilə görüşüb
-
İstanbul Hava Limanı yenidən Avropanın ən işlək hava limanı seçilib
-
Çində 2030-cu ilə qədər hər 3 avtomobildən 1-i elektromobil olacaq
-
Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro yardım ayırıb
-
Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb
-
Cevdet Yılmaz Rumıniyaya rəsmi səfər edəcək
-
SOLOTÜRK Çanaqqala üzərində nümayiş uçuşu keçirib
-
Zelenski Qərbi ittiham edib
-
“Liverpul” derbidə "2" alıb
-
Bayden administrasiyası Ukraynanın uğur qazanacağına şübhə ilə yanaşır
-
Husilərin 4 PUA-sı vurulub
-
İspaniyanın Baş naziri istefaya gedə bilər
-
Macarıstanın xarici işlər naziri Azərbaycana gəlib
-
ATACMS-ların Ukraynaya verilməsi təhlükəni artırır
-
Ermənistana verilmiş torpaqların qaytarılması mexanizmi hazırlanmalıdır
-
Azərbaycan hər zaman özünü dövlət kimi aparmağı bacarır
-
“4 kəndin azad edilməsi Prezident İlham Əliyevin qələbə strategiyasının davam etdirilməsidir”
-
Azərbaycanın növbəti böyük siyasi və diplomatik uğuru
-
Dünyada ərzaq və normal qidalanma problemləri kəskinləşir
-
“Əli Hüseynov Gürcüstanda uzaqgörən və cəsur azərbaycanlı siyasətçi kimi tanınıb”
-
“COP29-un Bakıda keçirilməsi Azərbaycan mərkəzi ölkəyə çevrildiyini göstərir”
-
Ərdoğanın İraqa səfərində mühüm məqam