Bu rayonda koronavirusa yoluxan 48 aktiv xəstə var - 11 nəfər isə dünyasını dəyişib Hadisə

Bu rayonda koronavirusa yoluxan 48 aktiv xəstə var - 11 nəfər isə dünyasını dəyişib

Bu günə kimi Biləsuvar rayonunda koronavirusa qarşı 5 974 nəfərdən test götürülüb.

Bunu Biləsuvar rayon İcra Başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşova deyib.

Onun sözlərinə görə, həmin şəxslər arasında 324 yoluxma faktı qeydə alınıb:

"Biləsuvar rayonunda koronavirusa yoluxanlardan 265 nəfəri sağalıb, 11 nəfər isə dünyasını dəyişib. Hazırda aktiv xəstə sayı 48 nəfərdir".