Dövlət Komitəsində MƏP təmsilçiləri ilə görüş keçirilib
26 Aprel 22:24
26 Aprel 22:24
26 Aprel 20:02
Builki buraxılış imtahanlarının nəticələri keçən illə müqayisədə daha yüksəkdir.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Bunun səbəblərini izah edən DİM sədri qeyd edib ki, bu il buraxılış imtahanlarında açıq sualların sayı 50 faiz azaldılıb: "Bəlkə də ona görə nəticələr daha yüksək olub. Ola bilsin ki, şagirdlər imtahana daha yaxşı hazırlaşmışdı, vaxt baxımından imkanları daha çox olub. Bu il itahanlara giriş də çox ciddi təşkil olunmuşdu".