Plan yerləri yüksək faizlə dolan ali məktəblərin adları açıqlandı Hadisə

Plan yerləri yüksək faizlə dolan ali məktəblərin adları açıqlandı

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu il plan yerləri yüksək faizlə dolan ali məktəblərin adlarını açıqlayıb.

Bu il Bakı Ali Neft Məktəbi və Dövlət Gömrük Komitəsinin Akademiyasının plan yerləri 100 faiz dolub.

Azərbaycan Milli Konservatoriyasının plan yeri 98 faiz, Azərbaycan Dillər Universitetinin plan yeri 95 faiz, Bakı Dövlət Universitetinin plan yeri 93 faiz dolub.

Bunları çox yüksək göstərici sayan M.Abbaszadə qəbul planı ən aşağı faizlə dolan ali məktəblərin isə Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Əmək və Sosial Akademiyası olduğunu söyləyib.