Paytaxtda piyada səkiləri yenilənir Hadisə

Paytaxtda piyada səkiləri yenilənir

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən paytaxt ərazisində piyada təhlükəsizliyinin və rahatlığının təmin edilməsi, əlçatanlığın artırılması istiqamətində işlər davam etdirilir.

BNA-dan bildirilib ki, yüksək piyada intensivliyi və tələbatı nəzərə alınaraq, Bakı şəhərinin əsas prospektlərindən biri olan Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsinə yaxın hissəsində yeni piyada səkisi inşa edilərək sakinlərin istifadəsinə verilib. Səki üzərində gözdən əlil insanlar üçün hiss edilə bilən (taktil) döşəmələr yerləşdirilib. Əlilliyi olan şəxslərin, yaşlı insanların və uşaq arabalarının rahat və təhlükəsiz hərəkəti üçün panduslar inşa olunub.

Eyni zamanda, hazırda Bakının bir sıra ərazilərində bu istiqamətdə işlər davam etdirilir.